Azerbaijani Translation - Ali Khan MusayevƏlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən haqdır, lakin insanların çoxu (ona) inanmaz.
Azerbaijani Translation - Ali Khan MusayevGördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşin üzərində ucalan, müəyyən vaxta qədər (göydə) hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini (müfəssəl) izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.
Azerbaijani Translation - Ali Khan MusayevYer üzünü yayıb genişləndirən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda düşünən bir qövm üçün dəlillər vardır.
Azerbaijani Translation - Ali Khan MusayevYer üzündə, hamısı eyni su ilə suvarılan, bir-birinə yaxın (müxtəlif münbit) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən bir qövm üçün dəlillər var.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər! Əgər kafirlərə) təəccüblənirsənsə, onların: “Məgər biz torpaq olduqdan sonra yenidən yaradılacağıqmı?!” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da onlardır. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar.
Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklər) səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl (neçə-neçə) ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə rəğmən (tövbə edənləri) bağışlayandır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir.
Azerbaijani Translation - Ali Khan MusayevKafir olanlar: “Niyə Rəbbindən ona bir ayət endirilməyib?”– deyirlər. Sən ancaq (Allahın əzabı ilə) qorxudansan. Hər qövmün (doğru yol göstərən) bir rəhbəri vardır.
Azerbaijani Translation - Ali Khan MusayevHər bir dişinin (bətnində) nə daşıdığını (oğlan yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun yanında hər şeyin müəyyən ölçüsü var.
Azerbaijani Translation - Ali Khan MusayevAranızdan sözü gizlədən də, onu açıq deyən də, gecə gizlənən də, gündüz gəzib dolanan da (Allah üçün) eynidir.
Azerbaijani Translation - Ali Khan MusayevOnu (insanı) həm önündən, həm də arxasından təqib edən mələklər vardır. Onlar Allahın əmri ilə onu qoruyurlar. Bir qövm özünü dəyişmədikcə, Allah da onları dəyişməz. Əgər Allah hər hansı bir qövmə pislik istəsə, onun qarşısını heç nə ala bilməz. Onların Allahdan başqa hamisi yoxdur.
Azerbaijani Translation - Ali Khan Musayev(İldırımdan) qorxasınız və (yağışın yağmasına) ümid bəsləyəsiniz deyə, sizə şimşək göstərən və (yağışla dolu) ağır buludları var edən Odur.
Azerbaijani Translation - Ali Khan MusayevGöy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan (təriflər deyirlər). (Allah) ildırımlar göndərib istədiyini vurur. (Kafirlər) Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir.
Azerbaijani Translation - Ali Khan MusayevHaqq olan dua yalnız Ona (Allaha) olan duadır. (Müşriklərin) Ondan başqa dua etdikləri (bütlər) isə, onlara heç bir şeylə cavab verə bilməzlər. Onlar, ağzına (su) çatsın deyə, (uzaqdan) iki ovcunu suya tərəf açan, amma su (onun) ağzına çatmayan kimsəyə bənzəyirlər. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verə bilənlərimi özünüzə dost tutursunuz?!” De: “Heç korla görən eyni ola bilərmi?! Yaxud zülmətlə nur eyni ola bilərmi?!” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər qəbul etdilər və (bu) yaradılış onlara bənzər göründü?! De: “Hər şeyin xaliqi Allahdır. O, Vahiddir, (hər şeyə) Qalib gələndir”.
Azerbaijani Translation - Ali Khan Musayev(Allah) göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış köpüyü götürüb aparır. Bəzək şeyləri və ya (başqa) əşyalar düzəltmək üçün (insanların) odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Allah belə misallar çəkir!
Azerbaijani Translation - Ali Khan MusayevRəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. (Rəbbinin) dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan (var-dövlətin) hamısı, üstəlik bir o qədəri də onların olsaydı, (əzabdan qurtarmaq üçün) onu mütləq fidyə verərdilər. Onları dəhşətli bir haqq-hesab gözləyir. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis yerdir!
Azerbaijani Translation - Ali Khan MusayevRəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, korla eyni ola bilərmi?! (Bundan) ancaq ağıl sahibləri ibrət alarlar.
Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), (üstəlik,) həm Rəbbindən, həm də pis haqq-hesabdan qorxurlar.
Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, Rəbbinin üzünü diləyərək (Onun rizasını qazanmaq üçün) səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu –
Azerbaijani Translation - Ali Khan Musayevözlərinin, əməlisaleh atalarının, zövcələrinin və övladlarının daxil olacaqları Ədn cənnətləri hazırlanmışdır. Mələklər (Cənnətdəki) hər bir qapıdan onların yanına daxil olub (deyəcəklər):
Azerbaijani Translation - Ali Khan MusayevAllahla əhd bağladıqdan sonra onu pozan, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədən kimsələrə gəlincə, onlar lənətə düçar olacaqlar. Onlar üçün pis yurd vardır.
Azerbaijani Translation - Ali Khan MusayevAllah istədiyi kimsənin ruzisini bol edər, (istədiyinin) də azaldar. (Kafirlər) dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür.
Azerbaijani Translation - Ali Khan MusayevKafirlər deyirlər: “Kaş ki ona Rəbbindən bir ayət endiriləydi?” De: “Allah istədiyini azdırar. Tövbə edib Ona tərəf yönələn kimsəni isə doğru yola yönəldər”.
Azerbaijani Translation - Ali Khan MusayevBunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar.
Azerbaijani Translation - Ali Khan MusayevBiz, əvvəlki ümmətlərə peyğəmbərlər göndərdiyimiz kimi, səni də bir ümmətə peyğəmbər göndərdik ki, onlar Rəhmanı inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Quranı) onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Quranın sayəsində dağlar hərəkətə gətirilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışsaydı (onlar yenə iman gətirməzdilər). Lakin bütün işlər Allahın ixtiyarındadır. İman gətirənlər hələ bilmirlər ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi?! Kafirlərə gəldikdə, Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə onlara müsibət üz verməkdə davam edəcək, yaxud onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. (Görəydin onları) cəzalandırmağım necə oldu!
Azerbaijani Translation - Ali Khan MusayevHər kəsin qazandığına nəzarət edən Allah, buna qadir olmayan bütlər kimidirmi?! (Buna rəğmən müşriklər) Allaha şəriklər qoşurlar. De: “Onların adlarını deyin görək! Yoxsa siz (Allaha) yer üzündə bilmədiyi şeyləri, yaxud boş sözləri xəbər verirsiniz?!” Xeyr, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar haqq yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz.
Azerbaijani Translation - Ali Khan MusayevOnlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan (Allahın əzabından) qoruyan olmaz.
Azerbaijani Translation - Ali Khan MusayevMüttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; (ağacları və qəsrləri) altından çaylar axar və onun meyvələri daimidir, kölgəsi də. Bu müttəqilərin aqibətidir. Kafirlərin aqibəti isə Oddur.
Azerbaijani Translation - Ali Khan MusayevKitab verdiyimiz kəslər sənə nazil edilən (Qurana) sevinirlər. Kitab əhlindən elə firqələr də var ki, onun (Quranın) bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən (sizi) yalnız Ona (ibadət etməyə) çağırıram və mənim axır dönüşüm də yalnız Onadır!”
Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə, biz onu (Quranı) ərəbcə bir hökm olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allahdan (Allahın əzabından) nə bir himayə edən, nə də bir qoruyan olar.
Azerbaijani Translation - Ali Khan MusayevBiz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir ayət gətirə bilməz. Hər zamanın bir kitabı var.
Azerbaijani Translation - Ali Khan MusayevAllah (o kitabdan) istədiyini silər, istədiyini də sabit saxlayar. Kitabın anası (lövhü-məhfuz) isə Onun yanındadır.
Azerbaijani Translation - Ali Khan MusayevBiz onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də, (bundan öncə) səni öldürsək də, (bil ki,) sənin öhdənə düşən yalnız təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər (kafirlər) Bizim, yer üzünə gəlib onu (bəzi) tərəflərindən əksiltdiyimizi (müsəlmanların fəthi və İslamın yayılması ilə kafirlərin torpaqlarını müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi?! Allah (istədiyi kimi) hökm verir. Heç kəs Onun hökmünü ləğv edə bilməz. O (Allah) tez haqq-hesab çəkəndir.
Azerbaijani Translation - Ali Khan MusayevOnlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələrin cəzası Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.
Azerbaijani Translation - Ali Khan MusayevKafirlər deyirlər: “Sən göndərilmiş peyğəmbər deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və Kitabı bilən kimsənin şahid olması yetər”.