caseriqQuranda məna axtarışı

Al-Jumu'a surəsi الجمعة

11 ayə · Mədinə · nazil olma sırası 110

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يُسَبِّحُ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ٱلْمَلِكِ ٱلْقُدُّوسِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə və yerdə olanların hamısı, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Əziz (yenilməz güc-qüvvət sahibi) və Hikmətli olan Allahı təsbih edirlər.

Bu ayənin bütün tercümələrinə bax →

هُوَ ٱلَّذِى بَعَثَ فِى ٱلْأُمِّيِّـۧنَ رَسُولًا مِّنْهُمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَٰلٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevUmmilərə (yazıb-oxumağı bilməyən ərəblərə) özlərindən onlara Allahın ayələrini oxuyan, onları pis əməllərdən təmizləyən, onlara Kitabı və Hikməti (Quran və Sünnəni) öyrədən bir Peyğəmbər göndərən Odur. Halbuki onlar bundan öncə açıq-aydın azğınlıq içində idilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَءَاخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا۟ بِهِمْ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah səni) hələ onlara (yazıb-oxumağı bilməyən ərəblərə) qoşulmayan başqalarına da (elçi göndərmişdir). O, Qüdrətlidir, Hikmət sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevBu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.

Bu ayənin bütün tercümələrinə bax →

مَثَلُ ٱلَّذِينَ حُمِّلُوا۟ ٱلتَّوْرَىٰةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ ٱلْحِمَارِ يَحْمِلُ أَسْفَارًۢا بِئْسَ مَثَلُ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevTövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlərin məsəli, belində kitablar daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağın məsəlinə bənzəyir. Allahın ayələrini yalan sayan qövmün məsəli necə də pisdir. Allah zalım qövmü doğru yola yönəltməz.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ يَٰٓأَيُّهَا ٱلَّذِينَ هَادُوٓا۟ إِن زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَآءُ لِلَّهِ مِن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُا۟ ٱلْمَوْتَ إِن كُنتُمْ صَٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda (Allahdan özünüzə) ölüm diləyin!”

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا يَتَمَنَّوْنَهُۥٓ أَبَدًۢا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar öz əlləri ilə etdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ إِنَّ ٱلْمَوْتَ ٱلَّذِى تَفِرُّونَ مِنْهُ فَإِنَّهُۥ مُلَٰقِيكُمْ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نُودِىَ لِلصَّلَوٰةِ مِن يَوْمِ ٱلْجُمُعَةِ فَٱسْعَوْا۟ إِلَىٰ ذِكْرِ ٱللَّهِ وَذَرُوا۟ ٱلْبَيْعَ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Cümə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

Bu ayənin bütün tercümələrinə bax →

فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُوا۟ فِى ٱلْأَرْضِ وَٱبْتَغُوا۟ مِن فَضْلِ ٱللَّهِ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ

Azerbaijani Translation - Ali Khan MusayevNamaz qurtardıqdan sonra yer üzünə dağılışıb Allahın lütfündən (ruzisindən) axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا رَأَوْا۟ تِجَٰرَةً أَوْ لَهْوًا ٱنفَضُّوٓا۟ إِلَيْهَا وَتَرَكُوكَ قَآئِمًا قُلْ مَا عِندَ ٱللَّهِ خَيْرٌ مِّنَ ٱللَّهْوِ وَمِنَ ٱلتِّجَٰرَةِ وَٱللَّهُ خَيْرُ ٱلرَّٰزِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə xütbə oxuyarkən) ayaq üstə olduğun halda tərk etdilər. (Ey Peyğəmbər!) De: “Allah yanında olan savab əyləncədən və ticarətdən daha xeyirlidir. Allah ruzi verənlərin ən xeyirlisidir”.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70