caseriqQuranda məna axtarışı

Al-Munaafiqoon surəsi المنافقون

11 ayə · Mədinə · nazil olma sırası 104

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا جَآءَكَ ٱلْمُنَٰفِقُونَ قَالُوا۟ نَشْهَدُ إِنَّكَ لَرَسُولُ ٱللَّهِ وَٱللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُۥ وَٱللَّهُ يَشْهَدُ إِنَّ ٱلْمُنَٰفِقِينَ لَكَٰذِبُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikdə: “Biz sənin, Allahın Rəsulu olduğuna şəhadət veririk!”– deyirlər. Allah sənin, Onun Rəsulu olduğunu bilir. Allah, münafiqlərin yalançı olduqlarına şahiddir.

Bu ayənin bütün tercümələrinə bax →

ٱتَّخَذُوٓا۟ أَيْمَٰنَهُمْ جُنَّةً فَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Onların etdikləri əməllər necə də pisdir!

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ بِأَنَّهُمْ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBu, onların (öncə) iman edib sonra küfür etmələri, bu yüzdən də qəlblərinə möhür vurulması səbəbiylədir. Artıq onlar anlamazlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ وَإِن يَقُولُوا۟ تَسْمَعْ لِقَوْلِهِمْ كَأَنَّهُمْ خُشُبٌ مُّسَنَّدَةٌ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ هُمُ ٱلْعَدُوُّ فَٱحْذَرْهُمْ قَٰتَلَهُمُ ٱللَّهُ أَنَّىٰ يُؤْفَكُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Sən onları gördükdə cüssələri xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Sanki, onlar (divara) söykədilmiş kötüklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan üz çevirirlər!

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ ٱللَّهِ لَوَّوْا۟ رُءُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُم مُّسْتَكْبِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman (istehza ilə) başlarını yelləyir və sən onların təkəbbürlə üz döndərdiklərini görürsən.

Bu ayənin bütün tercümələrinə bax →

سَوَآءٌ عَلَيْهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz.

Bu ayənin bütün tercümələrinə bax →

هُمُ ٱلَّذِينَ يَقُولُونَ لَا تُنفِقُوا۟ عَلَىٰ مَنْ عِندَ رَسُولِ ٱللَّهِ حَتَّىٰ يَنفَضُّوا۟ وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَٰكِنَّ ٱلْمُنَٰفِقِينَ لَا يَفْقَهُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Allahın Rəsulu yanında olanlara (mühacirlərə) bir şey xərcləməyin ki, dağılıb getsinlər!”– deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar.

Bu ayənin bütün tercümələrinə bax →

يَقُولُونَ لَئِن رَّجَعْنَآ إِلَى ٱلْمَدِينَةِ لَيُخْرِجَنَّ ٱلْأَعَزُّ مِنْهَا ٱلْأَذَلَّ وَلِلَّهِ ٱلْعِزَّةُ وَلِرَسُولِهِۦ وَلِلْمُؤْمِنِينَ وَلَٰكِنَّ ٱلْمُنَٰفِقِينَ لَا يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (münafiqlər): “Əgər biz Mədinəyə qayıtsaq, ən izzətli olan, ən zəlil olanı mütləq oradan çıxardacaqdır!”– deyirlər. Halbuki izzət yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilmirlər.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُلْهِكُمْ أَمْوَٰلُكُمْ وَلَآ أَوْلَٰدُكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Kim bunu etsə (bilsin ki,) onlar ziyana uğrayanlardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَنفِقُوا۟ مِن مَّا رَزَقْنَٰكُم مِّن قَبْلِ أَن يَأْتِىَ أَحَدَكُمُ ٱلْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَآ أَخَّرْتَنِىٓ إِلَىٰٓ أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُن مِّنَ ٱلصَّٰلِحِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməzdən öncə sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَن يُؤَخِّرَ ٱللَّهُ نَفْسًا إِذَا جَآءَ أَجَلُهَا وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah, əcəli çatmış bir nəfsin ölümünü əsla gecikdirməz. Allah nə etdiklərinizdən xəbərdardır.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70