Azerbaijani Translation - Ali Khan MusayevBir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim Allahın rəsulu olduğumu bildiyiniz halda, nə üçün mənə əziyyət verirsiniz?!” Onlar (doğru yoldan) azdıqda, Allah da onların qəlblərini azdırdı. Allah fasiq bir qövmü doğru yola yönəltməz.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər! Xatırla ki,) bir zaman Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən mən, Allahın sizə göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə (sizi) müjdələyən bir elçisiyəm!” Sonra (İsa yaxud Əhməd) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.
Azerbaijani Translation - Ali Khan Musayevİslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar öz ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər. Kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaqdır.
Azerbaijani Translation - Ali Khan MusayevMüşriklər istəməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək üçün Öz rəsulunu hidayət və haqq dinlə göndərən Odur.
Azerbaijani Translation - Ali Khan Musayev(Bu,) Allaha və Onun rəsuluna iman gətirməyiniz, malınız və canınızla Allah yolunda cihad etməyinizdir. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.
Azerbaijani Translation - Ali Khan Musayev(Belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Bu, böyük uğurdur.
Azerbaijani Translation - Ali Khan Musayev(Sizin üçün) sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. (Ey Peyğəmbər!) Möminləri (bununla) müjdələ.
Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir tayfa iman gətirdi, digər bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.