Azerbaijani Translation - Ali Khan MusayevAllah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin
Azerbaijani Translation - Ali Khan MusayevMöminlərin imanı üstünə iman artırmaq üçün onların qəlblərinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allaha məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
Azerbaijani Translation - Ali Khan Musayev(Bütün bunlar,) Allahın, mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil etməsi və onların günahlarından keçməsi üçündür. Bu, Allah yanında böyük uğurdur.
Azerbaijani Translation - Ali Khan Musayev(Bu, həm də) Allah barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab verməsi üçündür. Onların pis niyyəti öz başlarına olsun! Allahın onlara qəzəbi tutmuşdur. (Allah) onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir.
Azerbaijani Translation - Ali Khan Musayev(Biz belə etdik ki, bəlkə) siz, Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və səhər-axşam Allahın şəninə təriflər deyəsiniz.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər! Ridvan beyətində) sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər! Hüdeybiyyə səfərindən) geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi (döyüşə getməkdən) yayındırdı. (Allahdan) bizim üçün bağışlanma dilə!”– deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır.
Azerbaijani Translation - Ali Khan MusayevƏksinə siz, Peyğəmbər və möminlərin bir daha ailələrinə qayıtmayacaqlarını zənn edirdiniz. Bu, (şeytan tərəfindən) qəlblərinizə gözəl göstərildi. Siz pis zənnə düşüb məhvə məhkum bir qövm oldunuz.
Azerbaijani Translation - Ali Khan MusayevGöylərin və yerin mülkü Allaha məxsusdur. O, istədiyini bağışlayır, istədiyinə də əzab verir. Allah bağışlayandır, rəhmlidir.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Möminlər!) Siz (Xeybərə) qənimətləri götürməyə getdiyiniz zaman (Hüdeybiyyə sülhündən) geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk!”– deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız”– deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir qövmə qarşı (döyüşməyə) çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. (Yox,) əgər daha əvvəl üz döndərdiyiniz kimi üz döndərsəniz, O sizə ağrılı-acılı bir əzab verər”.
Azerbaijani Translation - Ali Khan Musayev(Döyüşə getməməkdə) kora, çolağa və xəstəyə günah yoxdur. Kim Allaha və Onun rəsuluna itaət etsə, (Allah) onu (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər.
Azerbaijani Translation - Ali Khan MusayevAllah, (Hüdeybiyyədə ikən, Ridvan beyətində) ağac altında sənə beyət edən möminlərdən razı qaldı. (Allah) onların qəlblərində olanı bildi, onlara sükunət nazil etdi və onları yaxın bir zəfərlə (Xeybərin fəthi ilə) mükafatlandırdı.
Azerbaijani Translation - Ali Khan Musayev(Onları Xeybər əhlindən) əldə edəcəkləri çoxlu qənimətlərə də (müvəffəq etdi). Allah Qüdrətlidir, Hikmət sahibidir.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey möminlər!) Allah sizə (gələcəkdə İslam fəthləri ilə) əldə edəcəyiniz çoxlu qənimətlər vəd etdi. O, bunu (Xeybərdə əldə etdiyiniz qənimətləri) sizə tezliklə verdi. Möminlərə bir ibrət olsun və sizi doğru yola yönəltsin deyə insanların (Qureyşin) əllərini sizdən çəkdi.
Azerbaijani Translation - Ali Khan MusayevƏldə edə bilmədiyiniz başqa qənimətlər də (vardır). Artıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey möminlər!) Əgər kafirlər sizinlə vuruşsalar, arxa çevirib qaçarlar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı taparlar.
Azerbaijani Translation - Ali Khan MusayevSizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində (Hüdeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir.
Azerbaijani Translation - Ali Khan MusayevO kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər (Məkkədə) tanımadığınız mömin kişiləri və mömin qadınları bilmədən ayaq altına alıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi olmasaydı, (Allah ora zorla girməyinizə izin verərdi). Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (buna izin vermədi). Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik.
Azerbaijani Translation - Ali Khan MusayevKafirlər qəlblərində təkəbbürlüyə – cahillik lovğalığına qapıldıqları zaman Allah Öz rəsuluna və möminlərə sükunət nazil etdi və onlara təqva (Lə iləhə illallah, Muhammədun rəsulullah) sözünü vacib buyurdu. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevAllah Öz rəsulunun haqq olaraq gördüyü yuxusunu (yuxuda Məkkəyə daxil olduğunu) gerçəyə çevirdi. İnşallah siz əmin-amanlıqla, başınızı qırxdırmış, (bəziləriniz də saçlarını) qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə daxil olmazdan əvvəl sizə) yaxın bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir.
Azerbaijani Translation - Ali Khan Musayev(İslamı) bütün dinlərdən üstün etmək üçün Öz rəsulunu hidayət və haqq din ilə göndərən Odur. Şahid olaraq Allah yetər.
Azerbaijani Translation - Ali Khan MusayevMuhamməd Allahın rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə rəhmlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Onların əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə olan vəsfləri isə cücərtisini çıxarıb, onu qüvvətləndirmiş, o da qalınlaşıb, gövdəsi üzərində şax durmuş, əkinçiləri heyran edən bir əkin kimidirlər. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki,) kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib saleh əməllər edənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.