Azerbaijani Translation - Ali Khan MusayevBiz bu Quranı sənə vəhy etməklə, sənə ən gözəl hekayəti danışırıq. Halbuki, daha öncə sən bundan xəbərsiz idin.
Azerbaijani Translation - Ali Khan MusayevBir zaman Yusif atasına: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə səcdə etdiyini gördüm”– demişdir.
Azerbaijani Translation - Ali Khan Musayev(Yəqub) dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa onlar sənə qarşı hiylə qurarlar. Çünki şeytan insanın açıq-aydın düşmənidir.
Azerbaijani Translation - Ali Khan MusayevBeləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan öncə ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yəqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir”.
Azerbaijani Translation - Ali Khan MusayevBir vaxt (Yusifin qardaşları) belə demişdilər: “Biz (güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (doğma) qardaşı (Binyamin) atamıza bizdən daha sevimlidir. Həqiqətən atamız açıq- aşkar yanlışlıq içindədir”.
Azerbaijani Translation - Ali Khan Musayev(Aralarından biri dedi:) “Yusifi ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlardan biri dedi: “Yusifi öldürməyin! Əgər (ona qarşı) nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yəqub) dedi: “Doğrusu onu aparmağınız məni kədərləndirər. Siz ondan xəbərsiz ikən onu canavar yeməsindən qorxuram”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Biz (güclü) bir dəstə olduğumuz halda canavar onu yesə, onda biz ziyana uğrayarıq”– deyə cavab verdilər.
Azerbaijani Translation - Ali Khan Musayev(Qardaşları) onu aparıb quyuya atmaq qərarına gəldikdə: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”– deyə vəhy etdik.
Azerbaijani Translation - Ali Khan Musayevdedilər: “Atacan! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Bir də xəbər tutduq ki, canavar onu yeyib. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”.
Azerbaijani Translation - Ali Khan Musayev(Qardaşları) onun köynəyinə yalandan qan ləkəsi sürtüb gətirmişdilər. (Yəqub) dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”.
Azerbaijani Translation - Ali Khan Musayev(Nəhayət, quyunun yaxınlığına) bir karvan gəldi və suçularını (su dalınca) göndərdilər. O, su qabını (quyuya) saldı və: “Müjdə! Burada bir oğlan uşağı var!”– dedi. (Karvan əhli) onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi.
Azerbaijani Translation - Ali Khan MusayevOnu satın alan misirli öz zövcəsinə dedi: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”. Beləliklə, Yusifi o yerdə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların əksəriyyəti (bunu) bilməz!
Azerbaijani Translation - Ali Khan Musayev(Yusif) yetkin çağına çatdıqda, Biz ona hökm (peyğəmbərlik) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
Azerbaijani Translation - Ali Khan MusayevEvində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Haydı gəlsənə!”– dedi. O isə: “Allaha sığınıram! Axı (sənin ərin) mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi.
Azerbaijani Translation - Ali Khan Musayev(Qadın) ona meyl etmişdi. Əgər (Yusif) Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. (Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”
Azerbaijani Translation - Ali Khan Musayev(Yusif) dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, (qadın) doğru deyir, o isə yalançılardandır.
Azerbaijani Translation - Ali Khan Musayev(Qadının əri) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu, siz qadınların hiyləsidir. Həqiqətən də, sizin hiyləniz böyükdür.
Azerbaijani Translation - Ali Khan MusayevYusif, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də (ey arvad,) günahına görə bağışlanma dilə. Çünki sən, günahkarlardansan”.
Azerbaijani Translation - Ali Khan MusayevŞəhərdəki qadınlar: “Zadəgan kişinin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”– dedilər.
Azerbaijani Translation - Ali Khan MusayevQadın onların hiyləsindən xəbər tutduqda məclis qurub onları (qonaqlığa) dəvət etdi, onlar üçün mütəkkələr hazırladı, (sonra da) onların hər birinə bir bıçaq verdi və (Yusifə): “Onların qarşısına çıx!”– dedi. Qadınlar Yusifi gördükdə onu o qədər təriflədilər ki, (unudub meyvə əvəzinə) öz əllərini kəsdilər və: “Allah qorusun! Bu ki, bəşər deyil. Bu, ancaq hörmətə layiq bir mələkdir!”– dedilər.
Azerbaijani Translation - Ali Khan Musayev(Qadın) dedi: “Barəsində məni qınadığınız (oğlan) bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha sevimlidir. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.
Azerbaijani Translation - Ali Khan MusayevOnunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri dedi: “Mən (yuxuda) gördüm ki, (üzümdən) şərab sıxıram.” Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan (dimdikləyib) yeyir. Bunun yozumunu bizə bildir. Həqiqətən, biz səni yaxşı adam hesab edirik”.
Azerbaijani Translation - Ali Khan MusayevO dedi: “Sizə veriləcək yemək gəlməzdən öncə mən bu yuxunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən və axirəti inkar edən bir qövmün dinini tərk etdim.
Azerbaijani Translation - Ali Khan MusayevMən atalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və (bütün) insanlara olan lütfüdür, lakin insanların əksəriyyəti şükür etməz.
Azerbaijani Translation - Ali Khan MusayevOndan başqa ibadət etdikləriniz sizin və atalarınızın qoyduğu adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O sizə yalnız Ona ibadət etmənizi əmr etmişdir. Doğru din budur, lakin insanların çoxu (bunu) bilməz.
Azerbaijani Translation - Ali Khan MusayevEy mənim zindan yoldaşlarım! Sizdən biriniz (yenə) öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz işə qabaqcadan hökm verilmişdir”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yusif) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!”. Lakin şeytan ona (Yusifi) ağasının yadına salmağı unutdurdu və o (Yusif) zindanda bir neçə il də qaldı.
Azerbaijani Translation - Ali Khan MusayevHökmdar dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu (yaşıl sünbüllərin quru sünbüllərə sarıldığını) gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”.
Azerbaijani Translation - Ali Khan Musayev(Zindandakı) iki nəfərdən qurtulanı, bir müddət sonra (Yusifi) xatırlaıb dedi: “Mən sizə onun yozumunu bildirərəm. Bircə məni (Yusifin yanına) göndərin!”.
Azerbaijani Translation - Ali Khan Musayev(O, zindana gəlib dedi:) “Ey Yusif! Ey düz danışan insan! Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru (sünbüllər) barədə bizə xəbər ver. Ola bilsin ki, mən o adamların yanına (dorğu xəbərlə) qayıdım və bəlkə onlar da (bu yuxunun yozumunu) bilsinlər”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yusif) dedi: “Yeddi il gücünüz yetdiyi qədər qədər əkin. Biçdiyinizi isə, yeyəcəyiniz az miqdar müstəsna olmaqla, sünbüldə saxlayın.
Azerbaijani Translation - Ali Khan MusayevSonra bunun ardınca yeddi ağır il (quraqlıq illəri) gələcək. (O zaman toxumluq) saxlayacağınız az miqdar müstəsna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyərsiniz.
Azerbaijani Translation - Ali Khan MusayevBunun ardınca da elə bir il gələcək ki, o zaman insanlara bol yağış nazil olacaq və onlar (zeytun, üzüm və s. meyvə şirəsi) sıxacaqlar”.
Azerbaijani Translation - Ali Khan MusayevHökmdar (bu yozumu eşitdikdə,) dedi: “Onu yanıma gətirin!”. (Hökmdarın göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə (Yusif) dedi: “Ağanın yanına qayıt və soruş ki, əllərini kəsən qadınların məqsədi nə idi? Şübhəsiz ki, Rəbbim onların hiyləsini biləndir”.
Azerbaijani Translation - Ali Khan Musayev(Hökmdar qadınları çağırtdırıb) dedi: “Yusifi yoldan çıxartmaqla nə məqsəd güdürdünüz?” Onlar dedilər: “Allah uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır.
Azerbaijani Translation - Ali Khan MusayevBu etiraf ona görədir ki, ərim yanımda olmadıqda ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin.
Azerbaijani Translation - Ali Khan MusayevMən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kəs müstəsna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir”.
Azerbaijani Translation - Ali Khan MusayevHökmdar dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın (adam) edəcəyəm”. (Hökmdar) onunla söhbət etdikdən sonra: “Sən (artıq) bu gün yanımızda yüksək məqam sahibi və etibarlı bir adamsan”– dedi.
Azerbaijani Translation - Ali Khan Musayev(Yusif) dedi: “Məni bu diyarın (Misirin) xəzinələrinə məmur təyin et. Çünki mən qoruyanam, (bu işi) bilənəm”.
Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə, Yusifi o diyarda hökmran etdik. O, (Misirdə) istədiyi yerdə qala bilirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər və yaxşı iş görənlərin mükafatını puç etmərik.
Azerbaijani Translation - Ali Khan Musayevİman gətirənlər və (Allahdan qorxub) pis əməllərdən çəkinənlər üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.
Azerbaijani Translation - Ali Khan MusayevYusifin qardaşları (Misirə) gəlib onun yanına daxil oldular. (Yusif) onları tanıdı, lakin onlar onu (Yusifi) tanımadılar.
Azerbaijani Translation - Ali Khan Musayev(Yusif) onların ərzaq yüklərini hazırlayıb, dedi: “Atabir qardaşınızı yanıma gətirin! Məgər mənim ölçüyə tam riayət etdiyimi və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!
Azerbaijani Translation - Ali Khan Musayev(Yusif) öz xidmətçilərinə dedi: “Onların (taxıl əvəzinə) ödədikləri mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə bunu başa düşsünlər və ola bilsin ki, (yenidən yanımıza) qayıtsınlar”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar atalarının yanına qayıtdıqda dedilər: “Atacan! Bizə ərzaq verilməsi qadağan edildi. (Yenə) ölçüb (taxıl) almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Biz, əlbəttə, onu qoruyacağıq”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yəqub) dedi: “Daha öncə qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi?! Allah ən yaxşı qoruyandır və O, rəhmlilərin ən rəhmlisidir”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar yüklərini açdıqda, verdikləri mallarının özlərinə qaytarıldığını görüb dedilər: “Atacan! Daha nə istəyirik? Budur, malımız özümüzə qaytarılıb. Biz (qardaşımızı özümüzlə aparsaq,) ailəmizi yenə ərzaqla təmin edər, qardaşımızı qoruyar və bir dəvə yükü artıq (ərzaq) alarıq. Bu gətirdiyimiz isə az miqdarda ərzaqdır”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yəqub) dedi: “Başınıza bir müsibət gəlib çarəsiz qalmanız müstəsna olmaqla, (Bin Yamini) yanıma gətirəcəyinizə dair Allaha and içməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm”. Onlar and içib söz verdikdə, (Yəqub) dedi: “Allah söylədiklərimizə şahiddir”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yəqub) dedi: “Ey Oğullarım! (Misirə) bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin (sizə zərər toxunmasın). (Bununla belə,) mən Allahın sizin əleyhinizə yazdığı heç bir şeyi dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yusifin qardaşları) atalarının onlara əmr etdiyi kimi, (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda, (bu,) Allahın yazdığı qədəri onlardan dəf edə bilmədi. (Bu,) sadəcə Yəqubun ürəyindəki bir istək idi ki, bunu onlara bildirdi. Şübhəsiz ki, Biz (Yəqubu) öyrətmişdik deyə, o, elm sahibi idi. Lakin insanların əksəriyyəti (Bizim seçdiyimiz kəslərə vəhy yolu ilə elm öyrətdiyimizi) bilməz.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar Yusifin yanına daxil olduqda, o, qardaşı (Bin Yamini) bağrına basaraq: “Mən sənin qardaşınam. Onların etdiyi (pis) əməllərə görə kədərlənmə”– dedi.
Azerbaijani Translation - Ali Khan Musayev(Yusif) onların yüklərini hazırladarkən, qardaşının yükünün içinə bir piyalə qoydu. (Karvan yola düşdükdən) sonra bir carçı (onları) haraylayıb: “Ey karvan əhli! Siz, həqiqətən də, oğrusunuz!”– dedi.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Hökmdarın piyaləsini itirmişik. Onu gətirənə bir dəvə yükü (ərzaq) veriləcək”. (Carçı:) “Mən buna zaminəm!”– dedi.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Allaha and olsun! Siz bizim bu yerlərə fitnə-fəsad törətmək üçün gəlmədiyimizi bilirsiniz. Biz oğru da deyilik”.
Azerbaijani Translation - Ali Khan Musayev(Qardaşlar) dedilər: “Onun cəzası (itmiş piyalə) yükündə tapılan kimsənin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yusif doğma) qardaşının yükündən əvvəl onların yüklərini (axtarmağa) başladı, sonra da piyaləni qardaşının yükündən tapıb çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Allahın istəyi olmasaydı, hökmdarın qanunlarına görə, o, qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz istədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Hər bir bilik sahibindən də daha üstün bir bilən vardır.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Əgər (piyaləni) o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusif bunu öz ürəyində saxlayıb onlara söyləmədi və (öz-özünə): “Siz (Allah yanında) daha pis mövqedəsiniz. Allah sizin nə vəsf etdiyinizi (Yusifi oğurluqda ittiham etmənizi) çox yaxşı bilir”– dedi.
Azerbaijani Translation - Ali Khan Musayev(Qardaşlar) dedilər: “Ey hökmdar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür. Biz sənin yaxşı bir insan olduğunu güman edirik”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yusif) dedi: “Malımızı xurcununda tapdığımız kimsədən başqasını tutub saxlamaqdan Allaha sığınıram. Yoxsa, biz zülm etmiş olarıq”.
Azerbaijani Translation - Ali Khan MusayevOndan (Bin Yamindən) ümidlərini kəsdikdə, məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusifə qarşı haqsızlıq etməyiniz yadınızdadırmı? Atam mənə (geri dönməyə) izin verməyincə və ya Allah mənə aid hökm verməyincə, mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır.
Azerbaijani Translation - Ali Khan Musayev(Böyük qardaşları belə dedi:) Atanızın yanına qayıdın və deyin: “Atacan! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə (Hökmdarın piyaləsinin Bin Yaminin xurcunundan çıxdığına) şahidlik etdik. Biz qeybi bilmirdik.
Azerbaijani Translation - Ali Khan MusayevOlduğumuz məmləkətdən (Misir əhalisindən) və birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışırıq”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yəqub) dedi: “Xeyr, sizin nəfsiniz sizi bu işə sövq edib. Mənə isə gözəl səbir gərəkdir. Ola bilsin ki, Allah onların (Yusifi, Bin Yamini və böyük qardaşlarını) hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Hikmət sahibidir”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yəqub) onlardan üz döndərdi və: “Heyif Yusifdən!”– dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, dərdini öz içində saxlayırdı.
Azerbaijani Translation - Ali Khan Musayev(Övladları ona) dedilər: “Allaha and olsun ki, sən Yusifi tez-tez yada salmaqla axırda ya əldən düşəcək, ya da öləcəksən”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yəqub) dedi: “Mən dərd-qəmimi yalnız Allaha ərz edirəm və Allahdan (nazil olan vəhy sayəsində) sizin bilmədiklərinizi (Yusifin yuxusunun doğru çıxacağını) bilirəm.
Azerbaijani Translation - Ali Khan MusayevEy Oğullarım! Gedin, Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi üzməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidlərini üzərlər”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar (Misirə gəlib Yusifin) hüzuruna daxil olduqda dedilər: “Ey hökmdar! Bizə və ailəmizə müsibət üz vermişdir. Bir az dəyərsiz mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam et və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Yoxsa sən Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub (pis əməllərdən çəkinsə) və səbir etsə, (bilsin ki,) Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün etdi. Biz isə (sənə olan münasibətdə, əlbəttə,) günah etmişik”.
Azerbaijani Translation - Ali Khan MusayevKarvan (Misir torpağından) ayrılıb geri qayıtdıqda, ataları (yanındakı övladlarına) dedi: “Mən, Yusifin qoxusunu hiss edirəm. Kaş ki məni ağılsız saymayaydınız”.
Azerbaijani Translation - Ali Khan MusayevMüjdəçi gəlib köynəyi (Yəqubun) üzünə atan kimi onun gözləri açıldı və o dedi: “Məgər mən sizə, Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm deməmişdimmi?!”
Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Atacan! (Allahdan) bizim günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günah iş görmüşük”.
Azerbaijani Translation - Ali Khan Musayev(Yəqub) dedi: “Mən Rəbbimdən sizin üçün sonra bağışlanma diləyəcəyəm. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar Yusifin hüzuruna daxil olduqda, o, ata-anasını bağrına basıb dedi: “Allahın istəyi ilə, əmin-amanlıq içində Misirə daxil olun!”
Azerbaijani Translation - Ali Khan MusayevO, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı hörmət əlaməti olaraq) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəyə çevirdi. O mənə lütf etdi. (Belə ki,) məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Hikmət sahibidir”.
Azerbaijani Translation - Ali Khan Musayev(Sonra Yusif dua edib dedi:) “Ey Rəbbim! Sən mənə mülk bəxş etdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman olduğum halda al və məni əməlisalehlərə qovuşdur”.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar (Yusifə qarşı) hiylə qurub, əlbir iş gördükləri zaman sən onların yanında deyildin.
Azerbaijani Translation - Ali Khan MusayevSən ki bunun (İslama dəvətin) əvəzində onlardan bir mükafat istəmirsən. Bu (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.
Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə və yerdə (Allahın tək ilah olduğunu sübut edən) neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər.
Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar (müşriklər) Allahın (hər şeyi) bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən (Qiyamət) saatının onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi?!
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, bəsirət (elm və yəqinlik) üzərində, insanları Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən (peyğəmbər) göndərdik. Məgər (müşriklər) yer üzündə gəzib-dolaşıb, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Şübhəsiz ki, Axirət yurdu (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün daha xeyirlidir. Məgər anlamırsınız?!
Azerbaijani Translation - Ali Khan MusayevNəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərnin yalançı sayıldıqlarını yəqin etdikdə, köməyimiz onlara yetişdi və dilədiyimiz kimsələr də (peyğəmbərlər və onlara iman gətirənlər) nicat tapdı. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz.
Azerbaijani Translation - Ali Khan MusayevOnların hekayələrində ağıl sahibləri üçün ibrətlər vardır. (Bu Quran) uydurma bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edən, iman gətirən bir qövm üçün hidayət və mərhəmətdir.