Azerbaijani Translation - Ali Khan MusayevKitab əhlindən və müşriklərdən kafir olanlar özlərinə açıq-aydın dəlil gəlməyincə (küfrlərindən) əl çəkmədilər.
Azerbaijani Translation - Ali Khan MusayevHalbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdur. Doğru din də elə budur!
Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, Kitab əhlindən və müşriklərdən kafir olanlar, içində əbədi qalacaqları Cəhənnəm odunda olacaqlar. Onlar məxluqatın ən şərliləridirlər.
Azerbaijani Translation - Ali Khan MusayevOnların Rəbbinin yanındakı mükafatı (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələr üçündür!