Azerbaijani Translation - Ali Khan MusayevGöylərdə və yerdə olanların hamısı Allahı təsbih edirlər. Mülk Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir.
Azerbaijani Translation - Ali Khan MusayevO, göyləri və yeri haqqla (ədalət və hikmətlə) yaratdı, sizə surət verdi, surətlərinizi də gözəl şəklə saldı. Dönüş də Onadır.
Azerbaijani Translation - Ali Khan MusayevO, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah sinələrdə (qəlblərdə) olanları biləndir.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Məkkə müşrikləri!) Məgər daha öncə (Nuh, Ad, Səmud qövmləri kimi) kafir olanların xəbəri sizə gəlib çatmadımı? Onlar (dünyada) etdiklərinin cəzasını daddılar. Onlar üçün (axirətdə) acılı-ağrılı bir əzab vardır.
Azerbaijani Translation - Ali Khan MusayevBu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: “Məgər bizə bir insanmı doğru yol göstərəcəkdir?”– deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allah heç nəyə möhtac deyildir. Allah Zəngindir, Tərifəlayiqdir.
Azerbaijani Translation - Ali Khan MusayevKafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. (Ey Peyğəmbər!) De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə (dünyada) etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün asandır!”
Azerbaijani Translation - Ali Khan Musayev(Ey insanlar!) Allaha, Onun rəsuluna və nazil etdiyimiz Nura (Qurana) iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır.
Azerbaijani Translation - Ali Khan MusayevO gün (Allah) sizi Toplanma (Qiyamət) günü üçün cəm edəcəkdir. Həmin gün qarşılıqlı aldanma günüdür. Kim Allaha iman gətirib saleh əməl etsə, (Allah) onun günahlarını bağışlayar və onu (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük uğurdur.
Azerbaijani Translation - Ali Khan MusayevKafir olub ayələrimizi yalan sayanlar isə, onlar Cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!
Azerbaijani Translation - Ali Khan MusayevAllahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevAllaha və Onun Rəsuluna itaət edin! Əgər üz çevirsəniz, (bilin ki,) Elçimizin öhdəsinə düşən yalnız açıq bir təbliğ etməkdir.
Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, (bilin ki,) Allah bağışlayandır, rəhmlidir.
Azerbaijani Translation - Ali Khan MusayevMallarınız və övladlarınız (sizin üçün) ancaq bir fitnədir (imtahandır). Böyük mükafat (Cənnət) isə Allah yanındadır.
Azerbaijani Translation - Ali Khan MusayevAllahdan bacardığınız qədər qorxun. (Peyğəmbərə) qulaq asın, (ona) itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin xəsisliyindən qorunanlar – məhz onlar nicat tapanlardır.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, həlimdir.