caseriqQuranda məna axtarışı

At-Talaaq surəsi الطلاق

12 ayə · Mədinə · nazil olma sırası 99

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِذَا طَلَّقْتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا۟ ٱلْعِدَّةَ وَٱتَّقُوا۟ ٱللَّهَ رَبَّكُمْ لَا تُخْرِجُوهُنَّ مِنۢ بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّآ أَن يَأْتِينَ بِفَٰحِشَةٍ مُّبَيِّنَةٍ وَتِلْكَ حُدُودُ ٱللَّهِ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُۥ لَا تَدْرِى لَعَلَّ ٱللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرًا

Azerbaijani Translation - Ali Khan MusayevEy Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə (iddə) müddətlərində (heyzdən pak olduqdan sonra onlarla yaxınlıq etməzdən əvvəl) boşayın. Gözləmə (iddə) müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri müstəsna olmaqla, evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa artıq özünə zülm etmiş olar. Bilmirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin qəlbinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar). .

Bu ayənin bütün tercümələrinə bax →

فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُوا۟ ذَوَىْ عَدْلٍ مِّنكُمْ وَأَقِيمُوا۟ ٱلشَّهَٰدَةَ لِلَّهِ ذَٰلِكُمْ يُوعَظُ بِهِۦ مَن كَانَ يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَمَن يَتَّقِ ٱللَّهَ يَجْعَل لَّهُۥ مَخْرَجًا

Azerbaijani Translation - Ali Khan MusayevGözləmə (iddə) vaxtı bitdikdə onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan şəriətə müvafiq qaydada ayrılın. (Zövcələrinizi saxlamaq və ya onlardan ayrılmaq istədikdə sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Ey şahidlər! Siz də) Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən öyüd-nəsihət budur. Kim Allahdan qorxarsa, Allah ona (hər sıxıntıdan) bir çıxış yolu açar

Bu ayənin bütün tercümələrinə bax →

وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ وَمَن يَتَوَكَّلْ عَلَى ٱللَّهِ فَهُوَ حَسْبُهُۥٓ إِنَّ ٱللَّهَ بَٰلِغُ أَمْرِهِۦ قَدْ جَعَلَ ٱللَّهُ لِكُلِّ شَىْءٍ قَدْرًا

Azerbaijani Translation - Ali Khan Musayevvə ona gözləmədiyi yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün (müəyyən) bir ölçü qoymuşdur.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّٰٓـِٔى يَئِسْنَ مِنَ ٱلْمَحِيضِ مِن نِّسَآئِكُمْ إِنِ ٱرْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشْهُرٍ وَٱلَّٰٓـِٔى لَمْ يَحِضْنَ وَأُو۟لَٰتُ ٱلْأَحْمَالِ أَجَلُهُنَّ أَن يَضَعْنَ حَمْلَهُنَّ وَمَن يَتَّقِ ٱللَّهَ يَجْعَل لَّهُۥ مِنْ أَمْرِهِۦ يُسْرًا

Azerbaijani Translation - Ali Khan MusayevHeyzdən kəsilmiş (yaşlı) qadınlarınızın gözləmə (iddə) müddəti barədə şübhə etsəniz, onların, eləcə də (yaşlarının azlığı üçün) hələ heyz görməmiş olanların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə (iddə) müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ أَمْرُ ٱللَّهِ أَنزَلَهُۥٓ إِلَيْكُمْ وَمَن يَتَّقِ ٱللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّـَٔاتِهِۦ وَيُعْظِمْ لَهُۥٓ أَجْرًا

Azerbaijani Translation - Ali Khan MusayevBu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun günahlarından keçər və onun mükafatını artırar.

Bu ayənin bütün tercümələrinə bax →

أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنتُم مِّن وُجْدِكُمْ وَلَا تُضَآرُّوهُنَّ لِتُضَيِّقُوا۟ عَلَيْهِنَّ وَإِن كُنَّ أُو۟لَٰتِ حَمْلٍ فَأَنفِقُوا۟ عَلَيْهِنَّ حَتَّىٰ يَضَعْنَ حَمْلَهُنَّ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ وَأْتَمِرُوا۟ بَيْنَكُم بِمَعْرُوفٍ وَإِن تَعَاسَرْتُمْ فَسَتُرْضِعُ لَهُۥٓ أُخْرَىٰ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara (boşadığınız qadınlara gözləmə müddətləri bitənədək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara (malınızdan) xərcləyin. Əgər sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Əgər (bu işdə) razılığa gələ bilməsəniz, (bu zaman) uşağı ata üçün başqa bir qadın əmizdirməlidir.

Bu ayənin bütün tercümələrinə bax →

لِيُنفِقْ ذُو سَعَةٍ مِّن سَعَتِهِۦ وَمَن قُدِرَ عَلَيْهِ رِزْقُهُۥ فَلْيُنفِقْ مِمَّآ ءَاتَىٰهُ ٱللَّهُ لَا يُكَلِّفُ ٱللَّهُ نَفْسًا إِلَّا مَآ ءَاتَىٰهَا سَيَجْعَلُ ٱللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا

Azerbaijani Translation - Ali Khan MusayevQoy var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə ona verdiyindən artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq edəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَأَيِّن مِّن قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِۦ فَحَاسَبْنَٰهَا حِسَابًا شَدِيدًا وَعَذَّبْنَٰهَا عَذَابًا نُّكْرًا

Azerbaijani Translation - Ali Khan MusayevNeçə-neçə məmləkət əhli öz Rəbbinin və Onun elçilərinin əmrinə asi oldu. Biz də onları şiddətli haqq-hesaba çəkib dəhşətli əzaba düçar etdik.

Bu ayənin bütün tercümələrinə bax →

فَذَاقَتْ وَبَالَ أَمْرِهَا وَكَانَ عَٰقِبَةُ أَمْرِهَا خُسْرًا

Azerbaijani Translation - Ali Khan MusayevOnlar əməllərinin cəzasını daddılar və aqibətləri ziyana uğramaq oldu.

Bu ayənin bütün tercümələrinə bax →

أَعَدَّ ٱللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا فَٱتَّقُوا۟ ٱللَّهَ يَٰٓأُو۟لِى ٱلْأَلْبَٰبِ ٱلَّذِينَ ءَامَنُوا۟ قَدْ أَنزَلَ ٱللَّهُ إِلَيْكُمْ ذِكْرًا

Azerbaijani Translation - Ali Khan MusayevAllah onlar üçün şiddətli əzab hazırlamışdır. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr (Quran) nazil etdi.

Bu ayənin bütün tercümələrinə bax →

رَّسُولًا يَتْلُوا۟ عَلَيْكُمْ ءَايَٰتِ ٱللَّهِ مُبَيِّنَٰتٍ لِّيُخْرِجَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ وَيَعْمَلْ صَٰلِحًا يُدْخِلْهُ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًا قَدْ أَحْسَنَ ٱللَّهُ لَهُۥ رِزْقًا

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib saleh əməllər edənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan bir elçi göndərdi. Kim Allaha iman gətirib saleh əməl etsə, Allah onu (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Allah ona gözəl ruzi bəxş etmişdir.

Bu ayənin bütün tercümələrinə bax →

ٱللَّهُ ٱلَّذِى خَلَقَ سَبْعَ سَمَٰوَٰتٍ وَمِنَ ٱلْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ ٱلْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ وَأَنَّ ٱللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَىْءٍ عِلْمًۢا

Azerbaijani Translation - Ali Khan MusayevYeddi (qat) göyü və yeri də onun misli qədər (yeddi qat) yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın elminin hər şeyi əhatə etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında nazil olar.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70