caseriqQuranda məna axtarışı

Hud surəsi هود

123 ayə · Məkkə · nazil olma sırası 52

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر كِتَٰبٌ أُحْكِمَتْ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ

Azerbaijani Translation - Ali Khan MusayevƏlif. Ləm. Ra. (Bu,) Hikmət sahibi, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ إِنَّنِى لَكُم مِّنْهُ نَذِيرٌ وَبَشِيرٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Bu ona görədir ki,) Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən sizi Allah tərəfindən xəbərdar edən və müjdələyənəm.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَنِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُمَتِّعْكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى وَيُؤْتِ كُلَّ ذِى فَضْلٍ فَضْلَهُۥ وَإِن تَوَلَّوْا۟ فَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ كَبِيرٍ

Azerbaijani Translation - Ali Khan MusayevHəm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək (ölüm sizə gələnədək) gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər (Ondan) üz çevirsəniz, (bilin ki,) mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram.

Bu ayənin bütün tercümələrinə bax →

إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevDönüşünüz yalnız Allahadır. O, hər şeyə qadirdir.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَآ إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا۟ مِنْهُ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

Azerbaijani Translation - Ali Khan MusayevBilin ki, onlar ürəklərindəki küfrü Allahdan gizlətmək üçün sinələrini bükürlər. Agah olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, sinələrdə olanları biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا كُلٌّ فِى كِتَٰبٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevYer üzündə olan bütün canlıların ruzisi yalnız Allaha aiddir. Allah onların (dünyada) qərar tutduqları yeri də, (öldükdən sonra) qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın kitabdadır (Lövhi-məhfuzdadır).

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُۥ عَلَى ٱلْمَآءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِنۢ بَعْدِ ٱلْمَوْتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏrşi su üzərində ikən, hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən: “Siz öldükdən sonra diriləcəksiniz!”– desən, mütləq kafir olanlar: “Bu, açıq-aydın bir sehrdir!”– deyərlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِلَىٰٓ أُمَّةٍ مَّعْدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُۥٓ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək, mütləq: “Onu yubadan nədir?”– deyəcəklər. Bilin ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَئِنْ أَذَقْنَا ٱلْإِنسَٰنَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَٰهَا مِنْهُ إِنَّهُۥ لَيَـُٔوسٌ كَفُورٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər insana Özümüzdən bir mərhəmət (nemət) daddırsaq, sonra da ondan onu geri alsaq, o, məyus və nankor olar.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَئِنْ أَذَقْنَٰهُ نَعْمَآءَ بَعْدَ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّىٓ إِنَّهُۥ لَفَرِحٌ فَخُورٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq, mütləq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər.

Bu ayənin bütün tercümələrinə bax →

إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ أُو۟لَٰٓئِكَ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevSəbir edib yaxşı işlər görənlər müstəsnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَعَلَّكَ تَارِكٌۢ بَعْضَ مَا يُوحَىٰٓ إِلَيْكَ وَضَآئِقٌۢ بِهِۦ صَدْرُكَ أَن يَقُولُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَآءَ مَعَهُۥ مَلَكٌ إِنَّمَآ أَنتَ نَذِيرٌ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ وَكِيلٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Muhamməd) Onların: “Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi qoruyandır.

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ قُلْ فَأْتُوا۟ بِعَشْرِ سُوَرٍ مِّثْلِهِۦ مُفْتَرَيَٰتٍ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar: “(Muhamməd) onu (Quranı) özündən uydurdumu?!”– deyirlər. De: “Əgər doğru söyləyirsinizsə, ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, (köməyə) çağırın!”

Bu ayənin bütün tercümələrinə bax →

فَإِلَّمْ يَسْتَجِيبُوا۟ لَكُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَآ أُنزِلَ بِعِلْمِ ٱللَّهِ وَأَن لَّآ إِلَٰهَ إِلَّا هُوَ فَهَلْ أَنتُم مُّسْلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər sizə cavab verməsələr, bilin ki, o (Quran) ancaq Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Siz müsəlman olacaqsınızmı?

Bu ayənin bütün tercümələrinə bax →

مَن كَانَ يُرِيدُ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَٰلَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini dünyada tam verərik və onlar orada zərər çəkməzlər.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَيْسَ لَهُمْ فِى ٱلْـَٔاخِرَةِ إِلَّا ٱلنَّارُ وَحَبِطَ مَا صَنَعُوا۟ فِيهَا وَبَٰطِلٌ مَّا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBelələrinin axirətdə oddan başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər boşa çıxar və etdikləri əməlləri də puç olar.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِۦ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامًا وَرَحْمَةً أُو۟لَٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ وَمَن يَكْفُرْ بِهِۦ مِنَ ٱلْأَحْزَابِ فَٱلنَّارُ مَوْعِدُهُۥ فَلَا تَكُ فِى مِرْيَةٍ مِّنْهُ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Ondan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl rəhbər və mərhəmət olmuş Musanın Kitabını (təsdiqlədiyi) kimsə (kafirə tay ola bilərmi)? Onlar (Müsəlmanlar) ona (Qurana) iman gətirirlər. Onu inkar edən firqələrin vəd olunduğu yer oddur. Sənin isə (Qurana) heç bir şübhən olmasın. Çünki bu, sənin Rəbbindən gələn haqdır, lakin insanların əksəriyyəti (buna) inanmaz.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أُو۟لَٰٓئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ ٱلْأَشْهَٰدُ هَٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُوا۟ عَلَىٰ رَبِّهِمْ أَلَا لَعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAllaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər (mələklər və peyğəmbərlər): “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Bilin ki, Allahın lənəti zalımların üzərindədir!

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ كَٰفِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO kəslər ki, (insanları) Allah yolundan azdırır, onu əyri göstərməyə çalışır və Axirəti inkar edirlər.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ لَمْ يَكُونُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ يُضَٰعَفُ لَهُمُ ٱلْعَذَابُ مَا كَانُوا۟ يَسْتَطِيعُونَ ٱلسَّمْعَ وَمَا كَانُوا۟ يُبْصِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar yer üzündə (Allahdan) yaxa qurtara bilməyəcəklər. Onların Allahdan başqa himayədarları da yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar (haqqı) eşidə bilmirdilər və görmürdülər.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar özlərini ziyana uğradarlar. Uydurduqları (bütlər) isə onlardan qeybə çəkilib gedər.

Bu ayənin bütün tercümələrinə bax →

لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْـَٔاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhə yoxdur ki, axirətdə də ən çox ziyana uğrayanlar onlardır.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَأَخْبَتُوٓا۟ إِلَىٰ رَبِّهِمْ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ هُمْ فِيهَا خَٰلِدُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

مَثَلُ ٱلْفَرِيقَيْنِ كَٱلْأَعْمَىٰ وَٱلْأَصَمِّ وَٱلْبَصِيرِ وَٱلسَّمِيعِ هَلْ يَسْتَوِيَانِ مَثَلًا أَفَلَا تَذَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBu iki zümrənin (kafirlərin və möminlərin) halı korla karın, görənlə eşidənin halına bənzəyir. Onların halı eyni ola bilərmi?! Məgər düşünüb ibrət almırsınız?!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ إِنِّى لَكُمْ نَذِيرٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Nuhu öz qövmünə elçi göndərdik. (O dedi:) “Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edənəm.

Bu ayənin bütün tercümələrinə bax →

أَن لَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevAllahdan başqasına ibadət etməyin! Mən ağrılı-acılı günün sizə üz verəcək əzabından qorxuram”.

Bu ayənin bütün tercümələrinə bax →

فَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرًا مِّثْلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِىَ ٱلرَّأْىِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۭ بَلْ نَظُنُّكُمْ كَٰذِبِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Nuhun) qövmünün kafir zadəganları dedilər: “Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq aşağı təbəqədən olan ən rəzil kimsələrin sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı olduğunuzu zənn edirik”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّى وَءَاتَىٰنِى رَحْمَةً مِّنْ عِندِهِۦ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَٰرِهُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Nuh) dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz sizi ona (inanmağa) məcburmu edəcəyik?

Bu ayənin bütün tercümələrinə bax →

وَيَٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مَالًا إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّهُم مُّلَٰقُوا۟ رَبِّهِمْ وَلَٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًا تَجْهَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy qövmüm! Mən buna görə sizdən var-dövlət istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Çünki onlar Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizin cahil bir toplum olduğunuzu görürəm.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَٰقَوْمِ مَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِن طَرَدتُّهُمْ أَفَلَا تَذَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy qövmüm! Əgər onları qovsam, məni Allahdan (Onun əzabından) kim qoruya bilər?! Məgər düşünüb ibrət almırsınız?!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ إِنِّى مَلَكٌ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزْدَرِىٓ أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ ٱللَّهُ خَيْرًا ٱللَّهُ أَعْلَمُ بِمَا فِىٓ أَنفُسِهِمْ إِنِّىٓ إِذًا لَّمِنَ ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə, Allah onlara əsla xeyir verməyəcəyini də demirəm. Onların qəlblərində olanı Allah daha yaxşı bilir. (Əgər bu sözləri söyləsəm) şübhəsiz ki, zalımlardan olaram”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ يَٰنُوحُ قَدْ جَٰدَلْتَنَا فَأَكْثَرْتَ جِدَٰلَنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Ey Nuh! Sən bizimlə mübahisə etdin və mübahisəmizi də çox uzatdın. Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin (əzabı) gətir”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعْجِزِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Nuh) dedi: “Onu istəsə, ancaq Allah sizə gətirəcək və siz də (ondan) yaxa qurtara bilməyəcəksiniz.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا يَنفَعُكُمْ نُصْحِىٓ إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə, nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız”.

Bu ayənin bütün tercümələrinə bax →

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَعَلَىَّ إِجْرَامِى وَأَنَا۠ بَرِىٓءٌ مِّمَّا تُجْرِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar: “(Muhamməd) onu özündən uydurdu!”– deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahı mənim üzərimədir. Mən sizin etdiyiniz günahlardan uzağam”.

Bu ayənin bütün tercümələrinə bax →

وَأُوحِىَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ ءَامَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَفْعَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevNuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər müstəsna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ إِنَّهُم مُّغْرَقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar (suda) qərq ediləcəklər”.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَصْنَعُ ٱلْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌ مِّن قَوْمِهِۦ سَخِرُوا۟ مِنْهُ قَالَ إِن تَسْخَرُوا۟ مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə ona istehza edirdilər. (Nuh) isə deyirdi: “Əgər siz bizə istehza edirsinizsə, biz də sizi, siz bizə istehza etdiyiniz kimi istehza edəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevSiz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”.

Bu ayənin bütün tercümələrinə bax →

حَتَّىٰٓ إِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلْنَا ٱحْمِلْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ وَمَنْ ءَامَنَ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌ

Azerbaijani Translation - Ali Khan MusayevNəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz (Nuha) dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər müstəsna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Lakin,) onunla birlikdə az adam iman gətirmişdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالَ ٱرْكَبُوا۟ فِيهَا بِسْمِ ٱللَّهِ مَجْر۪ىٰهَا وَمُرْسَىٰهَآ إِنَّ رَبِّى لَغَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Nuh) dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَهِىَ تَجْرِى بِهِمْ فِى مَوْجٍ كَٱلْجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبْنَهُۥ وَكَانَ فِى مَعْزِلٍ يَٰبُنَىَّ ٱرْكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلْكَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevGəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh (gəmidən) kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə (gəmiyə) min, kafirlərdən olma!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ سَـَٔاوِىٓ إِلَىٰ جَبَلٍ يَعْصِمُنِى مِنَ ٱلْمَآءِ قَالَ لَا عَاصِمَ ٱلْيَوْمَ مِنْ أَمْرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَ وَحَالَ بَيْنَهُمَا ٱلْمَوْجُ فَكَانَ مِنَ ٱلْمُغْرَقِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Oğlu) dedi: “Mən dağa sığınacağam, o da məni sudan qoruyacaq!” (Nuh) dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” (Sonda) dalğa onları bir-birindən ayırdı və o, suda qərq olanlardan oldu.

Bu ayənin bütün tercümələrinə bax →

وَقِيلَ يَٰٓأَرْضُ ٱبْلَعِى مَآءَكِ وَيَٰسَمَآءُ أَقْلِعِى وَغِيضَ ٱلْمَآءُ وَقُضِىَ ٱلْأَمْرُ وَٱسْتَوَتْ عَلَى ٱلْجُودِىِّ وَقِيلَ بُعْدًا لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah tərəfindən belə) deyildi: “Ey yer, suyunu ud! Ey göy, (yağışını) saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qərar tutdu və (sonra): “Məhv olsun zalımlar!”– deyildi.

Bu ayənin bütün tercümələrinə bax →

وَنَادَىٰ نُوحٌ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبْنِى مِنْ أَهْلِى وَإِنَّ وَعْدَكَ ٱلْحَقُّ وَأَنتَ أَحْكَمُ ٱلْحَٰكِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevNuh Rəbbinə dua edərək (belə) dedi: “Ey Rəbbim! Oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin hakimisən!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَٰنُوحُ إِنَّهُۥ لَيْسَ مِنْ أَهْلِكَ إِنَّهُۥ عَمَلٌ غَيْرُ صَٰلِحٍ فَلَا تَسْـَٔلْنِ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ إِنِّىٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلْجَٰهِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah buyurdu: “Ey Nuh! O, sənin ailəndən deyildi. Çünki bu, (onun küfr etməsi və ya sənin onun xilas olması üçün kömək diləməyin) pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ رَبِّ إِنِّىٓ أَعُوذُ بِكَ أَنْ أَسْـَٔلَكَ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌ وَإِلَّا تَغْفِرْ لِى وَتَرْحَمْنِىٓ أَكُن مِّنَ ٱلْخَٰسِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Nuh) dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”.

Bu ayənin bütün tercümələrinə bax →

قِيلَ يَٰنُوحُ ٱهْبِطْ بِسَلَٰمٍ مِّنَّا وَبَرَكَٰتٍ عَلَيْكَ وَعَلَىٰٓ أُمَمٍ مِّمَّن مَّعَكَ وَأُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Sonra) deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə (gəmidən) en! Özlərinə bir müddət güzəran verəcəyimiz, sonra da Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyimiz ümmətlər də olacaqdır”.

Bu ayənin bütün tercümələrinə bax →

تِلْكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهَآ إِلَيْكَ مَا كُنتَ تَعْلَمُهَآ أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَٰذَا فَٱصْبِرْ إِنَّ ٱلْعَٰقِبَةَ لِلْمُتَّقِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin qövmün bilirdi. Səbir et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAd qövmünə də qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Siz ancaq iftira yaxırsınız.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱلَّذِى فَطَرَنِىٓ أَفَلَا تَعْقِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy qövmüm! Mən bunun əvəzində sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradana aiddir. Məgər anlamırsınız?

Bu ayənin bütün tercümələrinə bax →

وَيَٰقَوْمِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا۟ مُجْرِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevEy qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bol bol yağış yağdırsın və gücünüzü daha da artırsın. (Dəvətimdən) günahkarcasına üz çevirməyin”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ يَٰهُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍ وَمَا نَحْنُ بِتَارِكِىٓ ءَالِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə ilahlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq".

Bu ayənin bütün tercümələrinə bax →

إِن نَّقُولُ إِلَّا ٱعْتَرَىٰكَ بَعْضُ ءَالِهَتِنَا بِسُوٓءٍ قَالَ إِنِّىٓ أُشْهِدُ ٱللَّهَ وَٱشْهَدُوٓا۟ أَنِّى بَرِىٓءٌ مِّمَّا تُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz: "İlahlarımız səni bəlaya düçar etmişdir" deməkdən başqa bir söz deyə bilmərik. (Hud) dedi: “Mən Allahı şahid tuturam, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam.

Bu ayənin bütün tercümələrinə bax →

مِن دُونِهِۦ فَكِيدُونِى جَمِيعًا ثُمَّ لَا تُنظِرُونِ

Azerbaijani Translation - Ali Khan MusayevYalnız Ondan (Allahdan) başqa (tapındıqlarınızın hamısından uzağam). Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin.

Bu ayənin bütün tercümələrinə bax →

إِنِّى تَوَكَّلْتُ عَلَى ٱللَّهِ رَبِّى وَرَبِّكُم مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذٌۢ بِنَاصِيَتِهَآ إِنَّ رَبِّى عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevMən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir).

Bu ayənin bütün tercümələrinə bax →

فَإِن تَوَلَّوْا۟ فَقَدْ أَبْلَغْتُكُم مَّآ أُرْسِلْتُ بِهِۦٓ إِلَيْكُمْ وَيَسْتَخْلِفُ رَبِّى قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُۥ شَيْـًٔا إِنَّ رَبِّى عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər (haqdan) üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edəndir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا هُودًا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍ مِّنَّا وَنَجَّيْنَٰهُم مِّنْ عَذَابٍ غَلِيظٍ

Azerbaijani Translation - Ali Khan MusayevƏmrimiz gəldikdə Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları şiddətli bir əzabdan qurtardıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَتِلْكَ عَادٌ جَحَدُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ وَعَصَوْا۟ رُسُلَهُۥ وَٱتَّبَعُوٓا۟ أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍ

Azerbaijani Translation - Ali Khan MusayevBu, Ad qövmüdür! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun elçilərinə asi oldular və hər bir inadcıl təkəbbür sahibinin əmrinə uydular.

Bu ayənin bütün tercümələrinə bax →

وَأُتْبِعُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا لَعْنَةً وَيَوْمَ ٱلْقِيَٰمَةِ أَلَآ إِنَّ عَادًا كَفَرُوا۟ رَبَّهُمْ أَلَا بُعْدًا لِّعَادٍ قَوْمِ هُودٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar həm bu dünyada, həm də Qiyamət günündə lənətə düçar oldular. Bilin ki, Ad qövmü Rəbbinə küfür etdi. Bilin ki, Hudun qövmü Ad (Allahın mərhəmətindən) qovuldu!

Bu ayənin bütün tercümələrinə bax →

وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَٰلِحًا قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ هُوَ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَٱسْتَعْمَرَكُمْ فِيهَا فَٱسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ إِنَّ رَبِّى قَرِيبٌ مُّجِيبٌ

Azerbaijani Translation - Ali Khan MusayevSəmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadətə layiq olan) məbudunuz yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim yaxındır, (dua edənlərin çağırışına) cavab verəndir”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ يَٰصَٰلِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّا قَبْلَ هَٰذَآ أَتَنْهَىٰنَآ أَن نَّعْبُدَ مَا يَعْبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِى شَكٍّ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ مُرِيبٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Ey Saleh! Sən bundan öncə aramızda (böyüyümüz olmağa) ümid edilən bir kimsə idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən?! Doğrusu, biz sənin bizləri dəvət etdiyin (tövhid) barəsində şəkk-şübhə içindəyik”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّى وَءَاتَىٰنِى مِنْهُ رَحْمَةً فَمَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِنْ عَصَيْتُهُۥ فَمَا تَزِيدُونَنِى غَيْرَ تَخْسِيرٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Saleh) dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, (bundan sonra) mən Ona asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَٰقَوْمِ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةً فَذَرُوهَا تَأْكُلْ فِىٓ أَرْضِ ٱللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ قَرِيبٌ

Azerbaijani Translation - Ali Khan MusayevEy qövmüm! Allahın (qayadan çıxartdığı) bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın onu Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab yaxalayar”.

Bu ayənin bütün tercümələrinə bax →

فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا۟ فِى دَارِكُمْ ثَلَٰثَةَ أَيَّامٍ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (dəvənin) kəsdilər. (Saleh) dedi: “Yurdunuzda üç gün də kef edin. Bu, yalan olmayan bir vəddir”.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا صَٰلِحًا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍ مِّنَّا وَمِنْ خِزْىِ يَوْمِئِذٍ إِنَّ رَبَّكَ هُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ

Azerbaijani Translation - Ali Khan MusayevƏmrimiz gəldikdə Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə (əzabdan) və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin Qüvvətlidir, Qüdrətlidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَخَذَ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَٰرِهِمْ جَٰثِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevZülm edənləri isə qorxunc bir səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar (həlak oldular).

Bu ayənin bütün tercümələrinə bax →

كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ أَلَآ إِنَّ ثَمُودَا۟ كَفَرُوا۟ رَبَّهُمْ أَلَا بُعْدًا لِّثَمُودَ

Azerbaijani Translation - Ali Khan MusayevSanki orada heç yaşamamışdılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Səmud qövmü (Allahın mərhəmətindən) qovuldu!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوا۟ سَلَٰمًا قَالَ سَلَٰمٌ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجْلٍ حَنِيذٍ

Azerbaijani Translation - Ali Khan MusayevElçilərimiz (mələklər) İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Salam!”– dedi və dərhal (gedib onlara) qızardılmış bir buzov gətirdi.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا رَءَآ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةً قَالُوا۟ لَا تَخَفْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمِ لُوطٍ

Azerbaijani Translation - Ali Khan Musayev(İbrahim qonaqların) yeməyə əl vurmadıqlarını gördükdə onların bu hərəkəti onu təəccübləndirdi və canına qorxu düşdü. Onlar dedilər: “Qorxma! Biz Lut qövmünə (onları məhv emək üçün) göndərilmişik”.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱمْرَأَتُهُۥ قَآئِمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنَٰهَا بِإِسْحَٰقَ وَمِن وَرَآءِ إِسْحَٰقَ يَعْقُوبَ

Azerbaijani Translation - Ali Khan MusayevOnun arvadı (pərdə arxasında) durmuşdu. (Sara) güldü. Biz onu İshaqla, (İshaqın) ardınca da Yəqubla müjdələdik.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَتْ يَٰوَيْلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٌ وَهَٰذَا بَعْلِى شَيْخًا إِنَّ هَٰذَا لَشَىْءٌ عَجِيبٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Sara) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda necə doğa bilərəm?! Doğrusu, bu, təəccüblü bir şeydir”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوٓا۟ أَتَعْجَبِينَ مِنْ أَمْرِ ٱللَّهِ رَحْمَتُ ٱللَّهِ وَبَرَكَٰتُهُۥ عَلَيْكُمْ أَهْلَ ٱلْبَيْتِ إِنَّهُۥ حَمِيدٌ مَّجِيدٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Mələklər) dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üzərinizdədir! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَٰهِيمَ ٱلرَّوْعُ وَجَآءَتْهُ ٱلْبُشْرَىٰ يُجَٰدِلُنَا فِى قَوْمِ لُوطٍ

Azerbaijani Translation - Ali Khan Musayevİbrahimdən qorxu çəkildikdə və ona müjdə gəldikdə, Lut qövmü barəsində Bizimlə (mələklərimizlə) mücadələ etməyə başladı.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ إِبْرَٰهِيمَ لَحَلِيمٌ أَوَّٰهٌ مُّنِيبٌ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, İbrahim həlim xasiyyətli, (Allaha) çox yalvaran və canını tamamilə Ona təslim etmiş bir zat idi.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰٓإِبْرَٰهِيمُ أَعْرِضْ عَنْ هَٰذَآ إِنَّهُۥ قَدْ جَآءَ أَمْرُ رَبِّكَ وَإِنَّهُمْ ءَاتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Mələklər dedilər:) “Ey İbrahim! Bundan (bu mücadələdən) əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir və onlara qarşısıalınmaz bir əzab gələcəkdir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَمَّا جَآءَتْ رُسُلُنَا لُوطًا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالَ هَٰذَا يَوْمٌ عَصِيبٌ

Azerbaijani Translation - Ali Khan MusayevElçilərimiz Lutun yanına gəldikdə, Lut onlara (qonaqlara) görə kədərləndi, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَآءَهُۥ قَوْمُهُۥ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا۟ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ قَالَ يَٰقَوْمِ هَٰٓؤُلَآءِ بَنَاتِى هُنَّ أَطْهَرُ لَكُمْ فَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ فِى ضَيْفِىٓ أَلَيْسَ مِنكُمْ رَجُلٌ رَّشِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevQövmü tələsik onun yanına gəldi. Onlar əvvəllər də pis işlər görürdülər. (Lut) dedi: “Ey qövmüm! Bunlar (ümmətimin qadınları) mənim qızlarımdır (onlarla evlənə bilərsiniz). Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda sizə nəsihət edə biləcək ağıllı bir kimsə yoxdurmu?”

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ لَقَدْ عَلِمْتَ مَا لَنَا فِى بَنَاتِكَ مِنْ حَقٍّ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Sənin qızlarına heç bir ehtiyacımız olmadığını bilirsən. Sən bizim nə istədiyimizi də, çox yaxşı bilirsən”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ لَوْ أَنَّ لِى بِكُمْ قُوَّةً أَوْ ءَاوِىٓ إِلَىٰ رُكْنٍ شَدِيدٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Lut) dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ يَٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓا۟ إِلَيْكَ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ ٱلَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا ٱمْرَأَتَكَ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمْ إِنَّ مَوْعِدَهُمُ ٱلصُّبْحُ أَلَيْسَ ٱلصُّبْحُ بِقَرِيبٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Qoy içinizdən heç kəs dönüb geri baxmasın. Yalnız arvadın müstəsnadır. Onları yaxalayacaq əzab, onu da yaxalayacaqdır. Onların (həlak olmaq) vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!”

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا جَآءَ أَمْرُنَا جَعَلْنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةً مِّن سِجِّيلٍ مَّنضُودٍ

Azerbaijani Translation - Ali Khan MusayevƏmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq.

Bu ayənin bütün tercümələrinə bax →

مُّسَوَّمَةً عِندَ رَبِّكَ وَمَا هِىَ مِنَ ٱلظَّٰلِمِينَ بِبَعِيدٍ

Azerbaijani Translation - Ali Khan MusayevO daşlara Rəbbinin yanında işarə qoyulmuşdur. O (daşlar) zalımlardan uzaq deyildir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ وَلَا تَنقُصُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ إِنِّىٓ أَرَىٰكُم بِخَيْرٍ وَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ مُّحِيطٍ

Azerbaijani Translation - Ali Khan MusayevMədyən qövmünə də qardaşları Şueybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadətə layiq olan) məbudunuz yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir (bolluq) içində görürəm. Bununla belə sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَٰقَوْمِ أَوْفُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevEy qövmüm! Ölçüyə və çəkiyə ədalətlə (tam) riayət edin, insanların haqqını əskiltməyin və yer üzündə fitnə-fəsad yaymaqla pis işlər görməyin!

Bu ayənin bütün tercümələrinə bax →

بَقِيَّتُ ٱللَّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər möminsinizsə, (bilin ki,) Allahın bəxş etdiyi (nemətlər) sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ يَٰشُعَيْبُ أَصَلَوٰتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ ءَابَآؤُنَآ أَوْ أَن نَّفْعَلَ فِىٓ أَمْوَٰلِنَا مَا نَشَٰٓؤُا۟ إِنَّكَ لَأَنتَ ٱلْحَلِيمُ ٱلرَّشِيدُ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar (istehza) ilə dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan, yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?! Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّى وَرَزَقَنِى مِنْهُ رِزْقًا حَسَنًا وَمَآ أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَآ أَنْهَىٰكُمْ عَنْهُ إِنْ أُرِيدُ إِلَّا ٱلْإِصْلَٰحَ مَا ٱسْتَطَعْتُ وَمَا تَوْفِيقِىٓ إِلَّا بِٱللَّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ

Azerbaijani Translation - Ali Khan MusayevO dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, (mən ona qarşı asilik edərəmmi)?! Sizə qadağan buyurduğum şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən yalnız bacardığım qədər (sizi) islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyi ilədir. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَٰقَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِىٓ أَن يُصِيبَكُم مِّثْلُ مَآ أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَٰلِحٍ وَمَا قَوْمُ لُوطٍ مِّنكُم بِبَعِيدٍ

Azerbaijani Translation - Ali Khan MusayevEy qövmüm! Qoy Mənə qarşı olan düşmənçiliyiniz, Nuh qövmünün, yaxud Hud qövmünün, yaxud Saleh qövmünün başına gələnlərin eynisini sizin də başınıza gətirməsin. Lut qövmü də sizdən uzaq deyildir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ إِنَّ رَبِّى رَحِيمٌ وَدُودٌ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinizdən bağışlanma diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, çox Sevəndir, (həm də Seviləndir).

Bu ayənin bütün tercümələrinə bax →

قَالُوا۟ يَٰشُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَىٰكَ فِينَا ضَعِيفًا وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَٰكَ وَمَآ أَنتَ عَلَيْنَا بِعَزِيزٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”.

Bu ayənin bütün tercümələrinə bax →

قَالَ يَٰقَوْمِ أَرَهْطِىٓ أَعَزُّ عَلَيْكُم مِّنَ ٱللَّهِ وَٱتَّخَذْتُمُوهُ وَرَآءَكُمْ ظِهْرِيًّا إِنَّ رَبِّى بِمَا تَعْمَلُونَ مُحِيطٌ

Azerbaijani Translation - Ali Khan MusayevO dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir ki, siz Onu saymayıb unudursunuz?! Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَٰمِلٌ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَمَنْ هُوَ كَٰذِبٌ وَٱرْتَقِبُوٓا۟ إِنِّى مَعَكُمْ رَقِيبٌ

Azerbaijani Translation - Ali Khan MusayevEy qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. (Əzabı) gözləyin! Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍ مِّنَّا وَأَخَذَتِ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَٰرِهِمْ جَٰثِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏmrimiz gəldikdə Şueybi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə qorxunc səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar (həlak oldular).

Bu ayənin bütün tercümələrinə bax →

كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ أَلَا بُعْدًا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ

Azerbaijani Translation - Ali Khan MusayevSanki onlar orada heç yaşamamışdılar. Bilin ki, Səmud qövmü məhv olduğu kimi, Mədyən qövmü də məhv oldu!

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə (peyğəmbər) göndərdik –

Bu ayənin bütün tercümələrinə bax →

إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱتَّبَعُوٓا۟ أَمْرَ فِرْعَوْنَ وَمَآ أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍ

Azerbaijani Translation - Ali Khan MusayevFiron və onun əyanlarına. Əyanlar isə Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru (yol göstərən əmr) deyildi.

Bu ayənin bütün tercümələrinə bax →

يَقْدُمُ قَوْمَهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ فَأَوْرَدَهُمُ ٱلنَّارَ وَبِئْسَ ٱلْوِرْدُ ٱلْمَوْرُودُ

Azerbaijani Translation - Ali Khan Musayev(Firon) Qiyamət günü öz qövmünün qabağına düşüb onları Oda aparacaq. Gedəcəkləri yer nə pis yerdir!

Bu ayənin bütün tercümələrinə bax →

وَأُتْبِعُوا۟ فِى هَٰذِهِۦ لَعْنَةً وَيَوْمَ ٱلْقِيَٰمَةِ بِئْسَ ٱلرِّفْدُ ٱلْمَرْفُودُ

Azerbaijani Translation - Ali Khan MusayevOnları həm burada (dünyada), həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Onlara verilən pay nə pis paydır!

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْقُرَىٰ نَقُصُّهُۥ عَلَيْكَ مِنْهَا قَآئِمٌ وَحَصِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevBu, (məhv olmuş) məmləkətlərin xəbərlərindəndir ki, onları sənə danışdıq. Onların bəzisindən əsər-əlamət qalmış, bəzisi isə yerlə yeksan olmuşdur.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن ظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَمَآ أَغْنَتْ عَنْهُمْ ءَالِهَتُهُمُ ٱلَّتِى يَدْعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَىْءٍ لَّمَّا جَآءَ أَمْرُ رَبِّكَ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə, Allahdan başqa tapındıqları bütlər onlara heç bir fayda verə bilmədi. (Əksinə,) onların ancaq ziyanını artırdı.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلْقُرَىٰ وَهِىَ ظَٰلِمَةٌ إِنَّ أَخْذَهُۥٓ أَلِيمٌ شَدِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun cəzası, həqiqətən də, ağrılı-acılıdır, şiddətlidir.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّمَنْ خَافَ عَذَابَ ٱلْـَٔاخِرَةِ ذَٰلِكَ يَوْمٌ مَّجْمُوعٌ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوْمٌ مَّشْهُودٌ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, bu deyilənlərdə, axirət əzabından qorxanlar üçün bir ibrət vardır. Bu, insanların bir yerə cəm ediləcəyi, həm də, hamının şahid olacağı bir gündür.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا نُؤَخِّرُهُۥٓ إِلَّا لِأَجَلٍ مَّعْدُودٍ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onu sadəcə müəyyən olunmuş vaxtadək gecikdirmişik.

Bu ayənin bütün tercümələrinə bax →

يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِۦ فَمِنْهُمْ شَقِىٌّ وَسَعِيدٌ

Azerbaijani Translation - Ali Khan MusayevQiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. (O gün) onlardan kimisi bədbəxt (Cəhənnəmlik), kimisi də xoşbəxt (Cənnətlik) olacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

فَأَمَّا ٱلَّذِينَ شَقُوا۟ فَفِى ٱلنَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ

Azerbaijani Translation - Ali Khan MusayevBədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada zarıyacaq və bağıracaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ إِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا يُرِيدُ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinin istədiyi (kimsələr) müstəsna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَمَّا ٱلَّذِينَ سُعِدُوا۟ فَفِى ٱلْجَنَّةِ خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ عَطَآءً غَيْرَ مَجْذُوذٍ

Azerbaijani Translation - Ali Khan MusayevXoşbəxt olanlara gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin istədiyi (kimsələr) müstəsna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir bəxşişdir.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَا تَكُ فِى مِرْيَةٍ مِّمَّا يَعْبُدُ هَٰٓؤُلَآءِ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ ءَابَآؤُهُم مِّن قَبْلُ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnların ibadət etdikləri (bütlərin) batil olmasına şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi (kor-koranə) ibadət edirlər. Şübhəsiz ki, Biz onların nəsibini əskiltmədən tam verəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ فَٱخْتُلِفَ فِيهِ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ وَإِنَّهُمْ لَفِى شَكٍّ مِّنْهُ مُرِيبٍ

Azerbaijani Translation - Ali Khan MusayevBiz Musaya Kitab (Tövrat) verdik, lakin onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbin tərəfindən əzəldən yazılmış bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, onlar (Quran) barəsində də şəkk-şübhə içindədirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِنَّ كُلًّا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَٰلَهُمْ إِنَّهُۥ بِمَا يَعْمَلُونَ خَبِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir. Şübhəsiz ki, (Allah) onların nə etdiklərindən xəbərdardır.

Bu ayənin bütün tercümələrinə bax →

فَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا۟ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi doğru yolda ol. Səninlə birlikdə tövbə edənlər də doğru yolda olsunlar. Həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَرْكَنُوٓا۟ إِلَى ٱلَّذِينَ ظَلَمُوا۟ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevZalımlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də edilməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًا مِّنَ ٱلَّيْلِ إِنَّ ٱلْحَسَنَٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّٰكِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevGündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında doğru-düzgün namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri yuyub aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSəbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını zay etməz.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَوْلَا كَانَ مِنَ ٱلْقُرُونِ مِن قَبْلِكُمْ أُو۟لُوا۟ بَقِيَّةٍ يَنْهَوْنَ عَنِ ٱلْفَسَادِ فِى ٱلْأَرْضِ إِلَّا قَلِيلًا مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوا۟ مَآ أُتْرِفُوا۟ فِيهِ وَكَانُوا۟ مُجْرِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevKaş ki sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍ وَأَهْلُهَا مُصْلِحُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəmləkətlərin əhalisi islah edən kimsələr olduğu halda, Rəbbin onları haqsız yerə məhv etməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةً وَٰحِدَةً وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Rəbbin istəsəydi, insanları (eyni dində olan) vahid bir ümmət edərdi. Onlar isə hələ də ixtilafdadırlar.

Bu ayənin bütün tercümələrinə bax →

إِلَّا مَن رَّحِمَ رَبُّكَ وَلِذَٰلِكَ خَلَقَهُمْ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ

Azerbaijani Translation - Ali Khan MusayevYalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. (Allah) onları bunun üçün (bu ixtilafla imtahan etmək üçün) yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün (günahkar) cinlər və insanlarla dolduracağam!” sözü tamamilə yerinə yetdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَكُلًّا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَ وَجَآءَكَ فِى هَٰذِهِ ٱلْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevPeyğəmbərlərin xəbərlərindən, qəlbini möhkəmləndirəcək hər bir xəbəri sənə söylədik. Bunda (bu surədə) sənə haqq, möminlərə də öyüd-nəsihət və xatırlatma gəlmişdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَقُل لِّلَّذِينَ لَا يُؤْمِنُونَ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَٰمِلُونَ

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱنتَظِرُوٓا۟ إِنَّا مُنتَظِرُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Axırını) gözləyin! Biz də gözləyirik”.

Bu ayənin bütün tercümələrinə bax →

وَلِلَّهِ غَيْبُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ ٱلْأَمْرُ كُلُّهُۥ فَٱعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGöylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin sizin etdiklərinizdən qafil deyildir.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70