caseriqQuranda məna axtarışı

Al-An'aam surəsi الأنعام

165 ayə · Məkkə · nazil olma sırası 55

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَ ثُمَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ يَعْدِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHəmd, göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha məxsusdur! (Bu dəlillərdən) sonra kafir olanlar hələ də (bütləri) öz Rəbbinə tay tuturlar.

Bu ayənin bütün tercümələrinə bax →

هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن طِينٍ ثُمَّ قَضَىٰٓ أَجَلًا وَأَجَلٌ مُّسَمًّى عِندَهُۥ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında (Qiyamət günü üçün də) bəlli bir əcəl vardır. (Bunu bildikdən) sonra siz yenə də şübhə edirsiniz.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱللَّهُ فِى ٱلسَّمَٰوَٰتِ وَفِى ٱلْأَرْضِ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO, həm göylərdə, həm də yerdə (ibadət olunan Tək) Allahdır. O, gizlində saxladığınızı da, aşkarda etdiyinizi də və sizin nə qazanacağınızı da bilir.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍ مِّنْ ءَايَٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara Rəbbinin ayələrindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər.

Bu ayənin bütün tercümələrinə bax →

فَقَدْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ فَسَوْفَ يَأْتِيهِمْ أَنۢبَٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara haqq (Quran) gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbərləri onlara tezliklə (gəlib) çatacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ مَّكَّنَّٰهُمْ فِى ٱلْأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا ٱلسَّمَآءَ عَلَيْهِم مِّدْرَارًا وَجَعَلْنَا ٱلْأَنْهَٰرَ تَجْرِى مِن تَحْتِهِمْ فَأَهْلَكْنَٰهُم بِذُنُوبِهِمْ وَأَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَٰبًا فِى قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Muhamməd!) Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar (yenə də): “Bu, açıq-aydın sehrdən başqa bir şey deyil!”– deyərdilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ مَلَكٌ وَلَوْ أَنزَلْنَا مَلَكًا لَّقُضِىَ ٱلْأَمْرُ ثُمَّ لَا يُنظَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Nə üçün ona mələk endirilməyib?”– dedilər. Əgər biz mələk endirsəydik, əlbəttə, iş bitmiş olar və onlara bir an belə möhlət verilməzdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ جَعَلْنَٰهُ مَلَكًا لَّجَعَلْنَٰهُ رَجُلًا وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər biz (peyğəmbəri) mələk etsəydik, əlbəttə, onu kişi surətində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Lakin istehza edənləri, istehza etdikləri (əzab hər tərəfdən) bürüdü.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ ثُمَّ ٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu”.

Bu ayənin bütün tercümələrinə bax →

قُل لِّمَن مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ قُل لِّلَّهِ كَتَبَ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَا رَيْبَ فِيهِ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Allaha məxsusdur!” (Allah yaratdıqlarına qarşı) rəhmli olmağı Özünə vacib etmişdir. Vaqe olacağına şübhə edilməyən Qiyamət günü, O sizi bir yerə toplayacaq. Özlərini ziyana uğradanlara gəldikdə isə, onlar iman gətirməzlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَهُۥ مَا سَكَنَ فِى ٱلَّيْلِ وَٱلنَّهَارِ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevGecədə və gündüzdə mövcud olanların hamısı Onundur. O, Eşidəndir, Biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَغَيْرَ ٱللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Göyləri və yeri yaradan, (hamını) yedirdiyi halda, Özü yedirilməyən Allahdan başqasınımı dost tutacağam?!” De: “Mənə müsəlman olanların ilki olmaq əmr edildi və əsla müşriklərdən olma (deyildi)”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Əgər Rəbbimə asi olsam, əzəmətli günün (Qiyamət gününün) əzabından qorxaram”.

Bu ayənin bütün tercümələrinə bax →

مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُۥ وَذَٰلِكَ ٱلْفَوْزُ ٱلْمُبِينُ

Azerbaijani Translation - Ali Khan MusayevO gün kim əzabdan qurtularsa, həqiqətən, (Allah) ona rəhm etmişdir. Açıq-aydın qurtuluş da budur.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَ وَإِن يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah sənə bir zərər toxundursa, onun qarşısını Alladan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ

Azerbaijani Translation - Ali Khan MusayevO, Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Hikmətlidir, (hər şeydən) Xəbərdardır.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَىُّ شَىْءٍ أَكْبَرُ شَهَٰدَةً قُلِ ٱللَّهُ شَهِيدٌۢ بَيْنِى وَبَيْنَكُمْ وَأُوحِىَ إِلَىَّ هَٰذَا ٱلْقُرْءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخْرَىٰ قُل لَّآ أَشْهَدُ قُلْ إِنَّمَا هُوَ إِلَٰهٌ وَٰحِدٌ وَإِنَّنِى بَرِىٓءٌ مِّمَّا تُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Şahidlik baxımından hansı şey daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla həm sizi, həm də onun yetişəcəyi hər kəsi xəbərdar edim. Yoxsa siz Allahla yanaşı başqa məbudlar olduğuna şahidlik edirsiniz?” De: “Mən (buna) şahidlik etmərəm!” De: “O, ancaq tək bir İlahdır. Şübhəsiz ki, mən sizin şərik qoşduqlarınızdan uzağam”.

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَعْرِفُونَهُۥ كَمَا يَعْرِفُونَ أَبْنَآءَهُمُ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevÖzlərinə Kitab verdiyimiz kəslər (Muhamməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana uğradanlar, sözsüz ki, iman gətirməzlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmazlar!

Bu ayənin bütün tercümələrinə bax →

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوٓا۟ أَيْنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO gün onların hamısını (bir yerə) toplayacaq, sonra da (Allaha) şərik qoşanlara: “İddia etdiyiniz şərikləriniz haradadır?!”– deyəcəyik.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ لَمْ تَكُن فِتْنَتُهُمْ إِلَّآ أَن قَالُوا۟ وَٱللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik olmamışıq!”– deməkdən başqa çarələri qalmayacaq.

Bu ayənin bütün tercümələrinə bax →

ٱنظُرْ كَيْفَ كَذَبُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGör onlar özlərinə qarşı necə yalan söylədilər. Uydurduqları şeylər (ilahlar) də onlardan qeyb olub getdi.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًا وَإِن يَرَوْا۟ كُلَّ ءَايَةٍ لَّا يُؤْمِنُوا۟ بِهَا حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlardan səni (oxuduğun Quranı) dinləyənlər də vardır. Fəqət onu anlamasınlar deyə onların qəlblərinə pərdələr çəkdik, qulaqlarına da ağırlıq verdik. Onlar hər cür möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta o kafirlər sənin yanına gəldikdə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”– deyərək səninlə höcətləşərlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْـَٔوْنَ عَنْهُ وَإِن يُهْلِكُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar həm (insanları haqdan) uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Halbuki onlar yalnız özlərini həlak edir, (lakin) bunu hiss etmirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ تَرَىٰٓ إِذْ وُقِفُوا۟ عَلَى ٱلنَّارِ فَقَالُوا۟ يَٰلَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِـَٔايَٰتِ رَبِّنَا وَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnların atəşin qarşısında dayandırıldıqları zaman: “Kaş ki, biz (dünyaya) qaytarılıb Rəbbimizin ayələrini yalan saymayaydıq və möminlərdən olaydıq”– dediklərini görəydin!

Bu ayənin bütün tercümələrinə bax →

بَلْ بَدَا لَهُم مَّا كَانُوا۟ يُخْفُونَ مِن قَبْلُ وَلَوْ رُدُّوا۟ لَعَادُوا۟ لِمَا نُهُوا۟ عَنْهُ وَإِنَّهُمْ لَكَٰذِبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevXeyr! Daha öncə gizlətdikləri (günahlar) onlara aşkar oldu. Əgər geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə (günahlara) qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوٓا۟ إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar dedilər: “Həyat ancaq bu dünya həyatımızdan ibarətdir. Biz bir daha dirilən deyilik!”

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ تَرَىٰٓ إِذْ وُقِفُوا۟ عَلَىٰ رَبِّهِمْ قَالَ أَلَيْسَ هَٰذَا بِٱلْحَقِّ قَالُوا۟ بَلَىٰ وَرَبِّنَا قَالَ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSən onları Rəbbinin hüzurunda saxlandıqları zaman bir görəydin! (Allah onlara:) “Məgər bu (dirilmə) haqq deyilmi?!”– deyəcək. Onlar: “Əlbəttə, Rəbbimizə and olsun (ki, bu haqdır!)”– deyəcəklər. (Allah da:) “Elə isə inkar etdiyinizə görə dadın əzabı!”– deyəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمُ ٱلسَّاعَةُ بَغْتَةً قَالُوا۟ يَٰحَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ أَلَا سَآءَ مَا يَزِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah ilə qarşılaşmağı yalan sayanlar, həqiqətən, ziyana uğramışlar. Nəhayət, (Qiyamət) saatı onları qəflətən haqladıqda, onlar öz günahlarını bellərində daşıyaraq deyəcəklər: “Dünyada yaxşı əməlləri buraxdığımızdan dolayı vay halımıza!” Onların daşıdıqları (şey) necə də pisdir!

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا لَعِبٌ وَلَهْوٌ وَلَلدَّارُ ٱلْـَٔاخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ أَفَلَا تَعْقِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?

Bu ayənin bütün tercümələrinə bax →

قَدْ نَعْلَمُ إِنَّهُۥ لَيَحْزُنُكَ ٱلَّذِى يَقُولُونَ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَٰكِنَّ ٱلظَّٰلِمِينَ بِـَٔايَٰتِ ٱللَّهِ يَجْحَدُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Muhamməd!) Biz, onların söylədiklərinin səni kədərləndirdiyini bilirik. Əslində onlar səni yalançı hesab etmirlər. Lakin zalımlar Allahın ayələrini inadla inkar edirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبَرُوا۟ عَلَىٰ مَا كُذِّبُوا۟ وَأُوذُوا۟ حَتَّىٰٓ أَتَىٰهُمْ نَصْرُنَا وَلَا مُبَدِّلَ لِكَلِمَٰتِ ٱللَّهِ وَلَقَدْ جَآءَكَ مِن نَّبَإِى۟ ٱلْمُرْسَلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSəndən əvvəlki peyğəmbərlər də yalançı sayılmışdı. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər. Allahın kəlmələrini dəyişdirə biləcək kimsə yoxdur. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ ٱسْتَطَعْتَ أَن تَبْتَغِىَ نَفَقًا فِى ٱلْأَرْضِ أَوْ سُلَّمًا فِى ٱلسَّمَآءِ فَتَأْتِيَهُم بِـَٔايَةٍ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَمَعَهُمْ عَلَى ٱلْهُدَىٰ فَلَا تَكُونَنَّ مِنَ ٱلْجَٰهِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onların (haqdan) üz döndərməsi sənə ağır gəlirsə, onda bacarırsansa yerin altına (ata biləcəyin) bir lağım və göyə (çıxa biləcəyin) bir nərdivan tap ki, onlara bir ayət gətirəsən. Əgər Allah istəsəydi, onları toplayıb doğru yola yönəldərdi. Elə isə cahillərdən olma!

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّمَا يَسْتَجِيبُ ٱلَّذِينَ يَسْمَعُونَ وَٱلْمَوْتَىٰ يَبْعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Sənin dəvətini) yalnız səmimi qəlbdən dinləyənlər qəbul edər. Ölülərə gəldikdə isə, Allah onları dirildəcək, sonra da Onun hüzuruna qaytarılacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ لَوْلَا نُزِّلَ عَلَيْهِ ءَايَةٌ مِّن رَّبِّهِۦ قُلْ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةً وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Kafirlər) dedilər: “Ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Şübhəsiz ki, Allah ayət endirməyə qadirdir. Lakin onların çoxu (bunu) bilmir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ وَلَا طَٰٓئِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّآ أُمَمٌ أَمْثَالُكُم مَّا فَرَّطْنَا فِى ٱلْكِتَٰبِ مِن شَىْءٍ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYer üzündə gəzən heyvanların və (göydə) iki qanadı ilə uçan quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda (lövhi-məhfuzda) heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا صُمٌّ وَبُكْمٌ فِى ٱلظُّلُمَٰتِ مَن يَشَإِ ٱللَّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimizi yalan sayanlar qaranlıqlar içində (qalmış) karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُ ٱللَّهِ أَوْ أَتَتْكُمُ ٱلسَّاعَةُ أَغَيْرَ ٱللَّهِ تَدْعُونَ إِن كُنتُمْ صَٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Ey Muhamməd!) De: “Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya Qiyamət saatı sizi haqlasa, Allahdan başqasınamı dua edəcəksiniz?!”

Bu ayənin bütün tercümələrinə bax →

بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِن شَآءَ وَتَنسَوْنَ مَا تُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevXeyr! Siz yalnız Ona (Allaha) dua edəcəksiniz. Əgər (Allah) istəsə, Ona dua edib (dəf edilməsini) istədiyiniz (bəlanı) aradan qaldırar və şərik qoşduqlarınızı unudarsınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰٓ أُمَمٍ مِّن قَبْلِكَ فَأَخَذْنَٰهُم بِٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSəndən əvvəl də ümmətlərə (elçilər) göndərmişdik. Biz o ümmətləri sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَوْلَآ إِذْ جَآءَهُم بَأْسُنَا تَضَرَّعُوا۟ وَلَٰكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ مَا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHeç olmasa əzabımız onlara gəldiyi zaman boyun əyərdilər. Lakin onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəl göstərdi.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا نَسُوا۟ مَا ذُكِّرُوا۟ بِهِۦ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَٰبَ كُلِّ شَىْءٍ حَتَّىٰٓ إِذَا فَرِحُوا۟ بِمَآ أُوتُوٓا۟ أَخَذْنَٰهُم بَغْتَةً فَإِذَا هُم مُّبْلِسُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.

Bu ayənin bütün tercümələrinə bax →

فَقُطِعَ دَابِرُ ٱلْقَوْمِ ٱلَّذِينَ ظَلَمُوا۟ وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Beləliklə də) zalım qövmün kökü kəsildi. Həmd, aləmlərin Rəbbi Allaha məxsudur!

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَرَءَيْتُمْ إِنْ أَخَذَ ٱللَّهُ سَمْعَكُمْ وَأَبْصَٰرَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِهِ ٱنظُرْ كَيْفَ نُصَرِّفُ ٱلْـَٔايَٰتِ ثُمَّ هُمْ يَصْدِفُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə də möhür vursa, Allahdan başqa hansı ilah onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar (yenə) üz çevirirlər.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُ ٱللَّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلظَّٰلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Bir deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-aşkar gəlsə, zalım qövmdən başqası həlak edilərmi?”

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ فَمَنْ ءَامَنَ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk. İman gətirib (əməllərini) islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا يَمَسُّهُمُ ٱلْعَذَابُ بِمَا كَانُوا۟ يَفْسُقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimizi yalan sayanlara isə günah işlətdiklərinə görə əzab toxunacaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

قُل لَّآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ لَكُمْ إِنِّى مَلَكٌ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ أَفَلَا تَتَفَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”

Bu ayənin bütün tercümələrinə bax →

وَأَنذِرْ بِهِ ٱلَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُوٓا۟ إِلَىٰ رَبِّهِمْ لَيْسَ لَهُم مِّن دُونِهِۦ وَلِىٌّ وَلَا شَفِيعٌ لَّعَلَّهُمْ يَتَّقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinin hüzuruna toplanacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə (pis əməllərdən) çəkinələr.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَطْرُدِ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَىْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinin Üzünü (rizasını və ya savabını) diləyərək səhər və axşam çağı Ona dua edənləri (yanından) qovma. Nə sən onların haqq-hesabına görə azacıq da olsa cavabdehsən, nə də onlar sənin haqq-hesabına görə azacıq da olsa cavabdehdirlər. Onları qovsan, zalımlardan olarsan.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍ لِّيَقُولُوٓا۟ أَهَٰٓؤُلَآءِ مَنَّ ٱللَّهُ عَلَيْهِم مِّنۢ بَيْنِنَآ أَلَيْسَ ٱللَّهُ بِأَعْلَمَ بِٱلشَّٰكِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə, Biz onların bir qismini digəri ilə sınaqa çəkdik ki: “Məgər Allah bizim aramızdan yalnız bunlara lütf göstərmişdir?” - desinlər. Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا جَآءَكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِـَٔايَٰتِنَا فَقُلْ سَلَٰمٌ عَلَيْكُمْ كَتَبَ رَبُّكُمْ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ أَنَّهُۥ مَنْ عَمِلَ مِنكُمْ سُوٓءًۢا بِجَهَٰلَةٍ ثُمَّ تَابَ مِنۢ بَعْدِهِۦ وَأَصْلَحَ فَأَنَّهُۥ غَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı (əzəldən) vacib etmişdir; sizlərdən hər kəs cahilliyi üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلْـَٔايَٰتِ وَلِتَسْتَبِينَ سَبِيلُ ٱلْمُجْرِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevGünahkarların tutduğu yolun aydınlaşdırılması üçün Biz ayələrimizi beləcə (müfəssəl) izah edərik.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ إِنِّى نُهِيتُ أَنْ أَعْبُدَ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ قُل لَّآ أَتَّبِعُ أَهْوَآءَكُمْ قَدْ ضَلَلْتُ إِذًا وَمَآ أَنَا۠ مِنَ ٱلْمُهْتَدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Allahdan başqa dua etdiklərinizə ibadət etmək mənə qadağan edilmişdir.” De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ إِنِّى عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّى وَكَذَّبْتُم بِهِۦ مَا عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦٓ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ يَقُصُّ ٱلْحَقَّ وَهُوَ خَيْرُ ٱلْفَٰصِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Mən Rəbbimdən (nazil olan) açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu yalan saydınız. Sizin səbirsizliklə can atdığınız (əzab) məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. (Allah) haqqı söyləyir və O, ((haqla batili)) ayırd edənlərin ən yaxşısıdır”.

Bu ayənin bütün tercümələrinə bax →

قُل لَّوْ أَنَّ عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦ لَقُضِىَ ٱلْأَمْرُ بَيْنِى وَبَيْنَكُمْ وَٱللَّهُ أَعْلَمُ بِٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Əgər səbirsizliklə can atdığınız (əzab) mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda iş bitmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”.

Bu ayənin bütün tercümələrinə bax →

وَعِندَهُۥ مَفَاتِحُ ٱلْغَيْبِ لَا يَعْلَمُهَآ إِلَّا هُوَ وَيَعْلَمُ مَا فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِى ظُلُمَٰتِ ٱلْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِى كِتَٰبٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevQeybin açarları Allahın yanındadır. Onları yalnız O bilir. Allah, quruda və dənizdə nələr olduğunu bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və ya quru (şey) yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلَّذِى يَتَوَفَّىٰكُم بِٱلَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُم بِٱلنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَىٰٓ أَجَلٌ مُّسَمًّى ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGecələr sizi öldürən (yatızdıran), gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq və O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَكُمُ ٱلْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ

Azerbaijani Translation - Ali Khan MusayevO, Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi (mələklər) göndərir. Nəhayət, sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alır və (bu işə) etinasız yanaşmırlar.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ رُدُّوٓا۟ إِلَى ٱللَّهِ مَوْلَىٰهُمُ ٱلْحَقِّ أَلَا لَهُ ٱلْحُكْمُ وَهُوَ أَسْرَعُ ٱلْحَٰسِبِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra onlar özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ مَن يُنَجِّيكُم مِّن ظُلُمَٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ تَدْعُونَهُۥ تَضَرُّعًا وَخُفْيَةً لَّئِنْ أَنجَىٰنَا مِنْ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّٰكِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?”

Bu ayənin bütün tercümələrinə bax →

قُلِ ٱللَّهُ يُنَجِّيكُم مِّنْهَا وَمِن كُلِّ كَرْبٍ ثُمَّ أَنتُمْ تُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Ondan və bütün (başqa) sıxıntılardan sizi Allah xilas edir. Sonra siz (yenə də) Ona şərik qoşursunuz”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ هُوَ ٱلْقَادِرُ عَلَىٰٓ أَن يَبْعَثَ عَلَيْكُمْ عَذَابًا مِّن فَوْقِكُمْ أَوْ مِن تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعًا وَيُذِيقَ بَعْضَكُم بَأْسَ بَعْضٍ ٱنظُرْ كَيْفَ نُصَرِّفُ ٱلْـَٔايَٰتِ لَعَلَّهُمْ يَفْقَهُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “(Allah) başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَّبَ بِهِۦ قَوْمُكَ وَهُوَ ٱلْحَقُّ قُل لَّسْتُ عَلَيْكُم بِوَكِيلٍ

Azerbaijani Translation - Ali Khan Musayev(Quran) həqiqət ola-ola sənin qövmün onu yalan saydı. De: “Mən sizi qoruyan deyiləm”.

Bu ayənin bütün tercümələrinə bax →

لِّكُلِّ نَبَإٍ مُّسْتَقَرٌّ وَسَوْفَ تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHər bir xəbərin (gerçəkləşəcəyi) müəyyən bir vaxtı var və siz (onu mütləq) biləcəksiniz.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا رَأَيْتَ ٱلَّذِينَ يَخُوضُونَ فِىٓ ءَايَٰتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّىٰ يَخُوضُوا۟ فِى حَدِيثٍ غَيْرِهِۦ وَإِمَّا يُنسِيَنَّكَ ٱلشَّيْطَٰنُ فَلَا تَقْعُدْ بَعْدَ ٱلذِّكْرَىٰ مَعَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAyələrimizi məsxərəyə qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا عَلَى ٱلَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍ وَلَٰكِن ذِكْرَىٰ لَعَلَّهُمْ يَتَّقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMüttəqilər onların əməllərinə görə azca da olsa məsuliyyət daşımaz. Lakin xatırlatmaq lazımdır ki, bəlkə (Allahdan) qorxub çəkinsinlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَذَرِ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَذَكِّرْ بِهِۦٓ أَن تُبْسَلَ نَفْسٌۢ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ وَلِىٌّ وَلَا شَفِيعٌ وَإِن تَعْدِلْ كُلَّ عَدْلٍ لَّا يُؤْخَذْ مِنْهَآ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ أُبْسِلُوا۟ بِمَا كَسَبُوا۟ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْفُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bu (Quranla) xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O, hər hansı bir fidyəni versə belə, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar su və ağrılı-acılı bir əzab hazırlanmışdır.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَنَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰٓ أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَىٰنَا ٱللَّهُ كَٱلَّذِى ٱسْتَهْوَتْهُ ٱلشَّيَٰطِينُ فِى ٱلْأَرْضِ حَيْرَانَ لَهُۥٓ أَصْحَٰبٌ يَدْعُونَهُۥٓ إِلَى ٱلْهُدَى ٱئْتِنَا قُلْ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلْهُدَىٰ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!”– deyib doğru yola çağırdıqları çaşqınlıq içində qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Yalnız Allahın haqq yolu doğru yoldur! Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَنْ أَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَٱتَّقُوهُ وَهُوَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Bizə) həmçinin, namaz qılın və (Allahdan) qorxun deyə əmr olundu. Siz məhz Onun hüzuruna toplanacaqsınız”.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ وَيَوْمَ يَقُولُ كُن فَيَكُونُ قَوْلُهُ ٱلْحَقُّ وَلَهُ ٱلْمُلْكُ يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ

Azerbaijani Translation - Ali Khan MusayevGöyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm (yalnız) Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ ءَازَرَ أَتَتَّخِذُ أَصْنَامًا ءَالِهَةً إِنِّىٓ أَرَىٰكَ وَقَوْمَكَ فِى ضَلَٰلٍ مُّبِينٍ

Azerbaijani Translation - Ali Khan MusayevBir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm”.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ نُرِىٓ إِبْرَٰهِيمَ مَلَكُوتَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلِيَكُونَ مِنَ ٱلْمُوقِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBeləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا جَنَّ عَلَيْهِ ٱلَّيْلُ رَءَا كَوْكَبًا قَالَ هَٰذَا رَبِّى فَلَمَّآ أَفَلَ قَالَ لَآ أُحِبُّ ٱلْـَٔافِلِينَ

Azerbaijani Translation - Ali Khan MusayevGecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!”– dedi.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا رَءَا ٱلْقَمَرَ بَازِغًا قَالَ هَٰذَا رَبِّى فَلَمَّآ أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِى رَبِّى لَأَكُونَنَّ مِنَ ٱلْقَوْمِ ٱلضَّآلِّينَ

Azerbaijani Translation - Ali Khan MusayevDoğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsə, mən azmış kimsələrdən olaram”– dedi.

Bu ayənin bütün tercümələrinə bax →

فَلَمَّا رَءَا ٱلشَّمْسَ بَازِغَةً قَالَ هَٰذَا رَبِّى هَٰذَآ أَكْبَرُ فَلَمَّآ أَفَلَتْ قَالَ يَٰقَوْمِ إِنِّى بَرِىٓءٌ مِّمَّا تُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDoğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!”– dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam!

Bu ayənin bütün tercümələrinə bax →

إِنِّى وَجَّهْتُ وَجْهِىَ لِلَّذِى فَطَرَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ حَنِيفًا وَمَآ أَنَا۠ مِنَ ٱلْمُشْرِكِينَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, mən, hənif olaraq (batildən haqqa tapınaraq) üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”.

Bu ayənin bütün tercümələrinə bax →

وَحَآجَّهُۥ قَوْمُهُۥ قَالَ أَتُحَٰٓجُّوٓنِّى فِى ٱللَّهِ وَقَدْ هَدَىٰنِ وَلَآ أَخَافُ مَا تُشْرِكُونَ بِهِۦٓ إِلَّآ أَن يَشَآءَ رَبِّى شَيْـًٔا وَسِعَ رَبِّى كُلَّ شَىْءٍ عِلْمًا أَفَلَا تَتَذَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevQövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Yalnız Rəbbimin istədiyi şey (etdiyim günaha görə məni bəlaya düçar etməsindən qorxmağım isə) müstəsnadır. Rəbbimin elmi hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?

Bu ayənin bütün tercümələrinə bax →

وَكَيْفَ أَخَافُ مَآ أَشْرَكْتُمْ وَلَا تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ عَلَيْكُمْ سُلْطَٰنًا فَأَىُّ ٱلْفَرِيقَيْنِ أَحَقُّ بِٱلْأَمْنِ إِن كُنتُمْ تَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSiz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, (deyin görüm) iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?”

Bu ayənin bütün tercümələrinə bax →

ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَمْ يَلْبِسُوٓا۟ إِيمَٰنَهُم بِظُلْمٍ أُو۟لَٰٓئِكَ لَهُمُ ٱلْأَمْنُ وَهُم مُّهْتَدُونَ

Azerbaijani Translation - Ali Khan Musayevİman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanlar əmin-amanlıq içində olarlar. Doğru yola yönələnlər də (elə) məhz onlardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَتِلْكَ حُجَّتُنَآ ءَاتَيْنَٰهَآ إِبْرَٰهِيمَ عَلَىٰ قَوْمِهِۦ نَرْفَعُ دَرَجَٰتٍ مَّن نَّشَآءُ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevBu, İbrahimə öz qövmünə qarşı verdiyimiz dəlilimizdir. Biz istədiyimiz kimsənin dərəcələrini ucaldarıq. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, (hər şeyi) biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ كُلًّا هَدَيْنَا وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ وَمِن ذُرِّيَّتِهِۦ دَاوُۥدَ وَسُلَيْمَٰنَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَٰرُونَ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz ona İshaqı və Yəqubu bəxş etdik. Onların hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu və onun züriyyətindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

Bu ayənin bütün tercümələrinə bax →

وَزَكَرِيَّا وَيَحْيَىٰ وَعِيسَىٰ وَإِلْيَاسَ كُلٌّ مِّنَ ٱلصَّٰلِحِينَ

Azerbaijani Translation - Ali Khan MusayevZəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da (doğru yola yönəltmişdik). Onların hamısı əməlisalehlərdən idi.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِسْمَٰعِيلَ وَٱلْيَسَعَ وَيُونُسَ وَلُوطًا وَكُلًّا فَضَّلْنَا عَلَى ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan Musayevİsmaili, Əlyəsəni, Yunisi və Lutu da (doğru yola yönəltmişdik). Onların hamısını aləmlərdən üstün etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنْ ءَابَآئِهِمْ وَذُرِّيَّٰتِهِمْ وَإِخْوَٰنِهِمْ وَٱجْتَبَيْنَٰهُمْ وَهَدَيْنَٰهُمْ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

Azerbaijani Translation - Ali Khan MusayevOnların atalarından, züriyyətlərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَلَوْ أَشْرَكُوا۟ لَحَبِطَ عَنْهُم مَّا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyini doğru yola yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ فَإِن يَكْفُرْ بِهَا هَٰٓؤُلَآءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَّيْسُوا۟ بِهَا بِكَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevBunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər onlar (Qüreyş müşrikləri) bunu inkar etsələr, Biz onları inkar etməyən bir qövmə həvalə edərik.

Bu ayənin bütün tercümələrinə bax →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُ فَبِهُدَىٰهُمُ ٱقْتَدِهْ قُل لَّآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yoluna tabe ol. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu (Quran) aləmlər üçün yalnız bir xatırlatmadır”.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ إِذْ قَالُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٍ مِّن شَىْءٍ قُلْ مَنْ أَنزَلَ ٱلْكِتَٰبَ ٱلَّذِى جَآءَ بِهِۦ مُوسَىٰ نُورًا وَهُدًى لِّلنَّاسِ تَجْعَلُونَهُۥ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُوٓا۟ أَنتُمْ وَلَآ ءَابَآؤُكُمْ قُلِ ٱللَّهُ ثُمَّ ذَرْهُمْ فِى خَوْضِهِمْ يَلْعَبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Allah bəşərə heç bir şey nazil etməmişdir”– deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və hidayət olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb (bir qismini xalqa) göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bilmədiyiniz şeylər (Quran vasitəsilə) sizə öyrədilmişdir”. (Ey Muhamməd!) Sən: “Allah! (nazil etmişdir)”– de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَهَٰذَا كِتَٰبٌ أَنزَلْنَٰهُ مُبَارَكٌ مُّصَدِّقُ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ يُؤْمِنُونَ بِهِۦ وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBu, şəhərlər anası (Məkkəni) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanarlar. Onlar namazlarını doğru-düzgün qılarlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِىَ إِلَىَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَىْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَآ أَنزَلَ ٱللَّهُ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ فِى غَمَرَٰتِ ٱلْمَوْتِ وَٱلْمَلَٰٓئِكَةُ بَاسِطُوٓا۟ أَيْدِيهِمْ أَخْرِجُوٓا۟ أَنفُسَكُمُ ٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيْرَ ٱلْحَقِّ وَكُنتُمْ عَنْ ءَايَٰتِهِۦ تَسْتَكْبِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllaha qarşı yalan uydurandan və ya özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”– deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm ayağında olduqları zaman, mələklərin də əllərini uzadıb onlara: “Canınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!”– (dediklərini) bircə görəydin.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَقَدْ جِئْتُمُونَا فُرَٰدَىٰ كَمَا خَلَقْنَٰكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُم مَّا خَوَّلْنَٰكُمْ وَرَآءَ ظُهُورِكُمْ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَآءَكُمُ ٱلَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَٰٓؤُا۟ لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (məbudlar) isə sizdən uzaqlaşmışdır.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱللَّهَ فَالِقُ ٱلْحَبِّ وَٱلنَّوَىٰ يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَمُخْرِجُ ٱلْمَيِّتِ مِنَ ٱلْحَىِّ ذَٰلِكُمُ ٱللَّهُ فَأَنَّىٰ تُؤْفَكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, toxumu da, çəyirdəyi də (cücərdib) çatladan Allahdır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz!

Bu ayənin bütün tercümələrinə bax →

فَالِقُ ٱلْإِصْبَاحِ وَجَعَلَ ٱلَّيْلَ سَكَنًا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ حُسْبَانًا ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ

Azerbaijani Translation - Ali Khan MusayevSəhəri açan da Odur. O, gecəni dinclik, günəşi və ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etmişdir. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلنُّجُومَ لِتَهْتَدُوا۟ بِهَا فِى ظُلُمَٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ قَدْ فَصَّلْنَا ٱلْـَٔايَٰتِ لِقَوْمٍ يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevQurunun və dənizin zülmətində yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan da Odur. Artıq Biz ayələri bilən bir qövmə izah etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلَّذِىٓ أَنشَأَكُم مِّن نَّفْسٍ وَٰحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ قَدْ فَصَّلْنَا ٱلْـَٔايَٰتِ لِقَوْمٍ يَفْقَهُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSizi tək bir candan (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) qərar tutacağınız (ana bətni) əmanət saxlanılan yer (qəbir) vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah etdik.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخْرَجْنَا بِهِۦ نَبَاتَ كُلِّ شَىْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُّخْرِجُ مِنْهُ حَبًّا مُّتَرَاكِبًا وَمِنَ ٱلنَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّٰتٍ مِّنْ أَعْنَابٍ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَٰبِهٍ ٱنظُرُوٓا۟ إِلَىٰ ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَيَنْعِهِۦٓ إِنَّ فِى ذَٰلِكُمْ لَـَٔايَٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGöydən su endirən də Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirdik, onlardan da üst-üstə düzülmüş dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan sallanmış salxımlar yetişdirdik. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdirdik). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən qövüm üçün dəlillər vardır.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ ٱلْجِنَّ وَخَلَقَهُمْ وَخَرَقُوا۟ لَهُۥ بَنِينَ وَبَنَٰتٍۭ بِغَيْرِ عِلْمٍ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَصِفُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar cinləri Allaha şərik qoşdular. Halbuki onları da Allah yaratmışdır. Onlar (Allah haqqında) bir şey bilmədən Onun üçün özlərindən oğullar və qızlar uydurdular. Allah onların uydurduqları sifətlərdən uzaqdır və ucadır.

Bu ayənin bütün tercümələrinə bax →

بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ أَنَّىٰ يَكُونُ لَهُۥ وَلَدٌ وَلَمْ تَكُن لَّهُۥ صَٰحِبَةٌ وَخَلَقَ كُلَّ شَىْءٍ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevO, göyləri və yeri (misilsiz olaraq) yaradandır. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَآ إِلَٰهَ إِلَّا هُوَ خَٰلِقُ كُلِّ شَىْءٍ فَٱعْبُدُوهُ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ وَكِيلٌ

Azerbaijani Translation - Ali Khan MusayevO Allah sizin Rəbbinizdir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Hər şeyi xəlq edən Odur! (Elə isə) Ona ibadət edin! O, hər şeyi qoruyandır.

Bu ayənin bütün tercümələrinə bax →

لَّا تُدْرِكُهُ ٱلْأَبْصَٰرُ وَهُوَ يُدْرِكُ ٱلْأَبْصَٰرَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ

Azerbaijani Translation - Ali Khan MusayevGözlər Onu dərk etməz. O isə gözləri dərk edər. O, Lətifdir (qullarına qarşı şəfqətlidir). (Hər şeydən) Xəbərdardır.

Bu ayənin bütün tercümələrinə bax →

قَدْ جَآءَكُم بَصَآئِرُ مِن رَّبِّكُمْ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِۦ وَمَنْ عَمِىَ فَعَلَيْهَا وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍ

Azerbaijani Translation - Ali Khan Musayev(De): “Artıq sizə Rəbbinizdən açıq-aydın dəlillər gəldi. Kim (onları) görsə, (xeyri) onun özünə, kim görməsə, (zərəri) onun öz əleyhinə olar. Mən sizin üstünüzdə nəzarətçi deyiləm”.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ نُصَرِّفُ ٱلْـَٔايَٰتِ وَلِيَقُولُوا۟ دَرَسْتَ وَلِنُبَيِّنَهُۥ لِقَوْمٍ يَعْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz ayələri: “(Həm) sən dərs almısan”– desinlər, (həm də) bilən bir qövüm üçün Onu (Quranı) açıqlayaq deyə beləcə (müfəssəl) izah edirik.

Bu ayənin bütün tercümələrinə bax →

ٱتَّبِعْ مَآ أُوحِىَ إِلَيْكَ مِن رَّبِّكَ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbindən sənə vəhy olunana tabe ol! Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Müşriklərdən isə üz çevir.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ شَآءَ ٱللَّهُ مَآ أَشْرَكُوا۟ وَمَا جَعَلْنَٰكَ عَلَيْهِمْ حَفِيظًا وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz səni onların üstündə nəzarətçi qoymamışıq və sən onları qoruyan da deyilsən.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَسُبُّوا۟ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ فَيَسُبُّوا۟ ٱللَّهَ عَدْوًۢا بِغَيْرِ عِلْمٍ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرْجِعُهُمْ فَيُنَبِّئُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklərin) Allahdan başqa tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsizlikləri ucbatından, düşməncəsinə Allahı söyərlər. Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə onların dönüşü öz Rəbbinə olacaq, Allah da onlara nə etdikləri barədə xəbər verəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَٰنِهِمْ لَئِن جَآءَتْهُمْ ءَايَةٌ لَّيُؤْمِنُنَّ بِهَا قُلْ إِنَّمَا ٱلْـَٔايَٰتُ عِندَ ٱللَّهِ وَمَا يُشْعِرُكُمْ أَنَّهَآ إِذَا جَآءَتْ لَا يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Kafirlər) Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz haradan bilirsiniz? O (ayələr) gəldikdə onlar yenə də iman gətirməyəcəklər!”

Bu ayənin bütün tercümələrinə bax →

وَنُقَلِّبُ أَفْـِٔدَتَهُمْ وَأَبْصَٰرَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا۟ بِهِۦٓ أَوَّلَ مَرَّةٍ وَنَذَرُهُمْ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBiz onların ürəklərini və gözlərini ilk dəfə Ona (Qurana) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində çaşqın bir halda tərk edərik.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَوْ أَنَّنَا نَزَّلْنَآ إِلَيْهِمُ ٱلْمَلَٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَىْءٍ قُبُلًا مَّا كَانُوا۟ لِيُؤْمِنُوٓا۟ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına dəstə-dəstə toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu (bunu) bilməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِىٍّ عَدُوًّا شَيَٰطِينَ ٱلْإِنسِ وَٱلْجِنِّ يُوحِى بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ زُخْرُفَ ٱلْقَوْلِ غُرُورًا وَلَوْ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanları düşmən müəyyən etdik. Onlar aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.

Bu ayənin bütün tercümələrinə bax →

وَلِتَصْغَىٰٓ إِلَيْهِ أَفْـِٔدَةُ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُوا۟ مَا هُم مُّقْتَرِفُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(İnsanlardan və cinlərdən olan şeytanlar) bunu, axirətə inanmayanların qəlbləri təmtəraqlı sözlərə meyl etsin, bundan razı qalsınlar və gördükləri çirkin əməllərə davam etsinlər deyə belə edərlər.

Bu ayənin bütün tercümələrinə bax →

أَفَغَيْرَ ٱللَّهِ أَبْتَغِى حَكَمًا وَهُوَ ٱلَّذِىٓ أَنزَلَ إِلَيْكُمُ ٱلْكِتَٰبَ مُفَصَّلًا وَٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَعْلَمُونَ أَنَّهُۥ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِٱلْحَقِّ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(De:) “Allah bu Kitabı sizə müfəssəl nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul edəcəyəm?” Kitab verdiyimiz kimsələr Onun (Quranın) həqiqətən də, sənin Rəbbin tərəfindən nazil edildiyini bilirlər. Odur ki sən, əsla şübhə edənlərdən olma.

Bu ayənin bütün tercümələrinə bax →

وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلًا لَّا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, (hər şeyi) Eşidəndir, Biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِن تُطِعْ أَكْثَرَ مَن فِى ٱلْأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, sənin Rəbbin, Onun yolundan azanları da və doğru yolda olanları da yaxşı tanıyır.

Bu ayənin bütün tercümələrinə bax →

فَكُلُوا۟ مِمَّا ذُكِرَ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ إِن كُنتُم بِـَٔايَٰتِهِۦ مُؤْمِنِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər siz Allahın ayələrinə iman gətirmisinizsə, üzərində Onun adı çəkilmiş – (“bismilləh” deyilib kəsilmiş) heyvanlardan yeyin.

Bu ayənin bütün tercümələrinə bax →

وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا۟ مِمَّا ذُكِرَ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا ٱضْطُرِرْتُمْ إِلَيْهِ وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهْوَآئِهِم بِغَيْرِ عِلْمٍ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِٱلْمُعْتَدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah, məcburiyyət qarşısında qalaraq yeyəcəyiniz şeylər müstəsna olmaqla – haram buyurulanları təfsilatı ilə sizə bildirdiyi halda, üzərində Onun adı çəkilənlərdən (heyvanlardan) nə üçün yeməyəsiniz?! Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan) azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır.

Bu ayənin bütün tercümələrinə bax →

وَذَرُوا۟ ظَٰهِرَ ٱلْإِثْمِ وَبَاطِنَهُۥٓ إِنَّ ٱلَّذِينَ يَكْسِبُونَ ٱلْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا۟ يَقْتَرِفُونَ

Azerbaijani Translation - Ali Khan MusayevGünahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَأْكُلُوا۟ مِمَّا لَمْ يُذْكَرِ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَإِنَّهُۥ لَفِسْقٌ وَإِنَّ ٱلشَّيَٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوْلِيَآئِهِمْ لِيُجَٰدِلُوكُمْ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ

Azerbaijani Translation - Ali Khan MusayevÜzərində Allahın adı çəkilməmiş – (“bismilləh” deyilib kəsilməmiş) heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız.

Bu ayənin bütün tercümələrinə bax →

أَوَمَن كَانَ مَيْتًا فَأَحْيَيْنَٰهُ وَجَعَلْنَا لَهُۥ نُورًا يَمْشِى بِهِۦ فِى ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِى ٱلظُّلُمَٰتِ لَيْسَ بِخَارِجٍ مِّنْهَا كَذَٰلِكَ زُيِّنَ لِلْكَٰفِرِينَ مَا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMəgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ جَعَلْنَا فِى كُلِّ قَرْيَةٍ أَكَٰبِرَ مُجْرِمِيهَا لِيَمْكُرُوا۟ فِيهَا وَمَا يَمْكُرُونَ إِلَّا بِأَنفُسِهِمْ وَمَا يَشْعُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə, hər bir məmləkətdə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada (mümkün qədər) pis işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər.

Bu ayənin bütün tercümələrinə bax →

وَإِذَا جَآءَتْهُمْ ءَايَةٌ قَالُوا۟ لَن نُّؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَآ أُوتِىَ رُسُلُ ٱللَّهِ ٱللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُۥ سَيُصِيبُ ٱلَّذِينَ أَجْرَمُوا۟ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٌ شَدِيدٌۢ بِمَا كَانُوا۟ يَمْكُرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlara bir ayə gəldikdə: “Allahın peyğəmbərlərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar, qurduqları hiylələrə görə Allahın hüzurunda rəzil olacaq və şiddətli əzab görəcəklər.

Bu ayənin bütün tercümələrinə bax →

فَمَن يُرِدِ ٱللَّهُ أَن يَهْدِيَهُۥ يَشْرَحْ صَدْرَهُۥ لِلْإِسْلَٰمِ وَمَن يُرِدْ أَن يُضِلَّهُۥ يَجْعَلْ صَدْرَهُۥ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِى ٱلسَّمَآءِ كَذَٰلِكَ يَجْعَلُ ٱللَّهُ ٱلرِّجْسَ عَلَى ٱلَّذِينَ لَا يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevAllah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi də azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənlərə pisliyi (və ya əzabı) beləcə verər.

Bu ayənin bütün tercümələrinə bax →

وَهَٰذَا صِرَٰطُ رَبِّكَ مُسْتَقِيمًا قَدْ فَصَّلْنَا ٱلْـَٔايَٰتِ لِقَوْمٍ يَذَّكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBu, Rəbbinin doğru yoludur. Biz artıq ayələri düşünən bir qövmə müfəssəl izah etdik.

Bu ayənin bütün tercümələrinə bax →

لَهُمْ دَارُ ٱلسَّلَٰمِ عِندَ رَبِّهِمْ وَهُوَ وَلِيُّهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar üçün Rəbbi yanında əmin-amanlıq yurdu vardır. Etdikləri yaxşı əməllərə görə onların Himayəçisi Allahdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا يَٰمَعْشَرَ ٱلْجِنِّ قَدِ ٱسْتَكْثَرْتُم مِّنَ ٱلْإِنسِ وَقَالَ أَوْلِيَآؤُهُم مِّنَ ٱلْإِنسِ رَبَّنَا ٱسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَآ أَجَلَنَا ٱلَّذِىٓ أَجَّلْتَ لَنَا قَالَ ٱلنَّارُ مَثْوَىٰكُمْ خَٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah) onların hamısını (bir yerə) toplayacağı gün belə deyəcəkdir: “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. (Allah) deyəcək: “Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kimsələrdən başqa siz orada əbədi qalacaqsınız”. Həqiqətən, Rəbbin hikmət sahibidir, (hər şeyi) biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ نُوَلِّى بَعْضَ ٱلظَّٰلِمِينَ بَعْضًۢا بِمَا كَانُوا۟ يَكْسِبُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə, qazandıqları (günahlara) görə zalımların bir qismini digərinə hakim təyin edərik.

Bu ayənin bütün tercümələrinə bax →

يَٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ ءَايَٰتِى وَيُنذِرُونَكُمْ لِقَآءَ يَوْمِكُمْ هَٰذَا قَالُوا۟ شَهِدْنَا عَلَىٰٓ أَنفُسِنَا وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَشَهِدُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُوا۟ كَٰفِرِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(O gün Allah belə deyəcəkdir:) “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?” Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şahidlik etdilər.

Bu ayənin bütün tercümələrinə bax →

ذَٰلِكَ أَن لَّمْ يَكُن رَّبُّكَ مُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍ وَأَهْلُهَا غَٰفِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBu (peyğəmbərlərin göndərilməsi), sənin Rəbbinin əhalisi qafil olan məmləkəti haqsız yerə həlak etmədiyi üçündür.

Bu ayənin bütün tercümələrinə bax →

وَلِكُلٍّ دَرَجَٰتٌ مِّمَّا عَمِلُوا۟ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا يَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevHər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Rəbbin onların etdiklərindən qafil deyildir.

Bu ayənin bütün tercümələrinə bax →

وَرَبُّكَ ٱلْغَنِىُّ ذُو ٱلرَّحْمَةِ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِنۢ بَعْدِكُم مَّا يَشَآءُ كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوْمٍ ءَاخَرِينَ

Azerbaijani Translation - Ali Khan MusayevRəbbin zəngindir, mərhəmət sahibidir. Sizi başqa bir qövmün nəslindən yaratdığı kimi, istəsə sizi məhv edər və sizdən sonra yerinizə istədiyini gətirər.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ مَا تُوعَدُونَ لَـَٔاتٍ وَمَآ أَنتُم بِمُعْجِزِينَ

Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, sizə vəd olunan (əzab) gələcəkdir. Siz (ondan) yaxa qurtara bilməyəcəksiniz.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ يَٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَامِلٌ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm. Axirət yurdunun gözəl sonluğunun kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar”.

Bu ayənin bütün tercümələrinə bax →

وَجَعَلُوا۟ لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ ٱلْحَرْثِ وَٱلْأَنْعَٰمِ نَصِيبًا فَقَالُوا۟ هَٰذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَٰذَا لِشُرَكَآئِنَا فَمَا كَانَ لِشُرَكَآئِهِمْ فَلَا يَصِلُ إِلَى ٱللَّهِ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَآئِهِمْ سَآءَ مَا يَحْكُمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz (batil) iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız bütlər üçündür”– deyirlər. Şərikləri üçün ayırdıqları (pay) Allaha çatmaz, Allah üçün ayırdıqları (pay) isə şəriklərinə çatar. Onların verdikləri hökm necə də pisdir!

Bu ayənin bütün tercümələrinə bax →

وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٍ مِّنَ ٱلْمُشْرِكِينَ قَتْلَ أَوْلَٰدِهِمْ شُرَكَآؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا۟ عَلَيْهِمْ دِينَهُمْ وَلَوْ شَآءَ ٱللَّهُ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBeləliklə, müşriklərin bir çoxuna ibadət etdikləri şərikləri, onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi gözəl göstərdilər. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. (Ey Rəsulum!) Elə isə onları uydurduqları ilə birlikdə tərk et.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ هَٰذِهِۦٓ أَنْعَٰمٌ وَحَرْثٌ حِجْرٌ لَّا يَطْعَمُهَآ إِلَّا مَن نَّشَآءُ بِزَعْمِهِمْ وَأَنْعَٰمٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَٰمٌ لَّا يَذْكُرُونَ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا ٱفْتِرَآءً عَلَيْهِ سَيَجْزِيهِم بِمَا كَانُوا۟ يَفْتَرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar öz (batil) iddialarına əsasən: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi haram buyurulan heyvanlardır” – deyirlər. Bu mal-qaradan eləsidə vardır ki, (onları kəsərkən) üzərində Allahın adını çəkməzlər. Onlar bunu Allaha iftira ataraq edirlər. Allah onları atdıqları iftiraya görə cəzalandıracaqdır.

Bu ayənin bütün tercümələrinə bax →

وَقَالُوا۟ مَا فِى بُطُونِ هَٰذِهِ ٱلْأَنْعَٰمِ خَالِصَةٌ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰٓ أَزْوَٰجِنَا وَإِن يَكُن مَّيْتَةً فَهُمْ فِيهِ شُرَكَآءُ سَيَجْزِيهِمْ وَصْفَهُمْ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Bu mal-qaranın qarınlarındakı (balalar) kişilərimizə halal, qadınlarımıza isə haramdır”– deyirlər. Əgər o (bala) ölü doğularsa, hamısı ona (onu yeməyə) şərikdirlər. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, hikmət sahibidir, (hər şeyi) biləndir.

Bu ayənin bütün tercümələrinə bax →

قَدْ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓا۟ أَوْلَٰدَهُمْ سَفَهًۢا بِغَيْرِ عِلْمٍ وَحَرَّمُوا۟ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفْتِرَآءً عَلَى ٱللَّهِ قَدْ ضَلُّوا۟ وَمَا كَانُوا۟ مُهْتَدِينَ

Azerbaijani Translation - Ali Khan MusayevSəfehlikləri üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azdılar və doğru yola yönəlmədilər.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ جَنَّٰتٍ مَّعْرُوشَٰتٍ وَغَيْرَ مَعْرُوشَٰتٍ وَٱلنَّخْلَ وَٱلزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُۥ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُتَشَٰبِهًا وَغَيْرَ مُتَشَٰبِهٍ كُلُوا۟ مِن ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَءَاتُوا۟ حَقَّهُۥ يَوْمَ حَصَادِهِۦ وَلَا تُسْرِفُوٓا۟ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ

Azerbaijani Translation - Ali Khan MusayevTalvar üzərində olan və talvarsız (öz gövdəsi üzərində duran) bağları, dadları müxtəlif olan xurmaları, (habelə,) əkinləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevməz.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنَ ٱلْأَنْعَٰمِ حَمُولَةً وَفَرْشًا كُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَٰنِ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

Azerbaijani Translation - Ali Khan MusayevÜstündə yük daşınan və yük daşınmayan (və ya yunlarından döşək düzəldilən) heyvanları da yaradan Odur. Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.

Bu ayənin bütün tercümələrinə bax →

ثَمَٰنِيَةَ أَزْوَٰجٍ مِّنَ ٱلضَّأْنِ ٱثْنَيْنِ وَمِنَ ٱلْمَعْزِ ٱثْنَيْنِ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِ نَبِّـُٔونِى بِعِلْمٍ إِن كُنتُمْ صَٰدِقِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Allah, o heyvanlardan) səkkiz cift yaratdı; qoyundan ikisini və keçidən ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb (bu haqda) mənə xəbər verin”.

Bu ayənin bütün tercümələrinə bax →

وَمِنَ ٱلْإِبِلِ ٱثْنَيْنِ وَمِنَ ٱلْبَقَرِ ٱثْنَيْنِ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِ أَمْ كُنتُمْ شُهَدَآءَ إِذْ وَصَّىٰكُمُ ٱللَّهُ بِهَٰذَا فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا لِّيُضِلَّ ٱلنَّاسَ بِغَيْرِ عِلْمٍ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı balaları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz.

Bu ayənin bütün tercümələrinə bax →

قُل لَّآ أَجِدُ فِى مَآ أُوحِىَ إِلَىَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍ يَطْعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُۥ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَّحِيمٌ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlar müstəsna olmaqla, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Kim (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Rəbbin bağışlayandır, rəhmlidir.

Bu ayənin bütün tercümələrinə bax →

وَعَلَى ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا كُلَّ ذِى ظُفُرٍ وَمِنَ ٱلْبَقَرِ وَٱلْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَآ إِلَّا مَا حَمَلَتْ ظُهُورُهُمَآ أَوِ ٱلْحَوَايَآ أَوْ مَا ٱخْتَلَطَ بِعَظْمٍ ذَٰلِكَ جَزَيْنَٰهُم بِبَغْيِهِمْ وَإِنَّا لَصَٰدِقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və ya bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq.

Bu ayənin bütün tercümələrinə bax →

فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمْ ذُو رَحْمَةٍ وَٰسِعَةٍ وَلَا يُرَدُّ بَأْسُهُۥ عَنِ ٱلْقَوْمِ ٱلْمُجْرِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz geniş mərhəmət sahibidir. Lakin Onun əzabı günahkar tayfadan uzaqlaşdırılmaz”.

Bu ayənin bütün tercümələrinə bax →

سَيَقُولُ ٱلَّذِينَ أَشْرَكُوا۟ لَوْ شَآءَ ٱللَّهُ مَآ أَشْرَكْنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمْنَا مِن شَىْءٍ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ حَتَّىٰ ذَاقُوا۟ بَأْسَنَا قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَآ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ أَنتُمْ إِلَّا تَخْرُصُونَ

Azerbaijani Translation - Ali Khan MusayevMüşriklər deyəcəklər: “Əgər Allah istəsəydi, (Ona) nə biz, nə də atalarımız şərik qoşardı və heç bir şeyi də haram etməzdik”. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) beləcə yalançı hesab etmişdilər. Sonda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir elminiz varmı? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ فَلِلَّهِ ٱلْحُجَّةُ ٱلْبَٰلِغَةُ فَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Tutarlı dəlillər Allaha məxsusdur. Əgər O istəsəydi, əlbəttə sizin hamınızı doğru yola yönəldərdi”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ هَلُمَّ شُهَدَآءَكُمُ ٱلَّذِينَ يَشْهَدُونَ أَنَّ ٱللَّهَ حَرَّمَ هَٰذَا فَإِن شَهِدُوا۟ فَلَا تَشْهَدْ مَعَهُمْ وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ وَهُم بِرَبِّهِمْ يَعْدِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Haydı, bunu Allah haram buyurmuşdur şəhadət verəcək şahidlərinizi gətirin (görək)”. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların və axirətə inanmayanların istəklərinə tabe olma. Onlar (başqalarını) öz Rəbbinə tay tuturlar.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ تَعَالَوْا۟ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ أَلَّا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًٔا وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًا وَلَا تَقْتُلُوٓا۟ أَوْلَٰدَكُم مِّنْ إِمْلَٰقٍ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ وَلَا تَقْرَبُوا۟ ٱلْفَوَٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَلَا تَقْتُلُوا۟ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Pis əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın (öldürülməsini) haram buyurduğu nəfsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَلَا تَقْرَبُوا۟ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥ وَأَوْفُوا۟ ٱلْكَيْلَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا وَإِذَا قُلْتُمْ فَٱعْدِلُوا۟ وَلَوْ كَانَ ذَا قُرْبَىٰ وَبِعَهْدِ ٱللَّهِ أَوْفُوا۟ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَذَكَّرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYetim yetkinlik yaşına çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) müstəsna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.

Bu ayənin bütün tercümələrinə bax →

وَأَنَّ هَٰذَا صِرَٰطِى مُسْتَقِيمًا فَٱتَّبِعُوهُ وَلَا تَتَّبِعُوا۟ ٱلسُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِۦ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَتَّقُونَ

Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, bu, Mənim doğru yolumdur. Onu tutub gedin. Başqa yollara uymayın. Yoxsa, (o yollar) sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz”.

Bu ayənin bütün tercümələrinə bax →

ثُمَّ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ تَمَامًا عَلَى ٱلَّذِىٓ أَحْسَنَ وَتَفْصِيلًا لِّكُلِّ شَىْءٍ وَهُدًى وَرَحْمَةً لَّعَلَّهُم بِلِقَآءِ رَبِّهِمْ يُؤْمِنُونَ

Azerbaijani Translation - Ali Khan MusayevSonra Biz Musaya – yaxşı iş görən kimsəyə (nemətimizi) tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yol göstəricisi və mərhəmət olaraq Kitab (Tövratı) verdik ki, bəlkə onlar öz Rəbbi ilə qarşılaşacaqlarına iman gətirələr.

Bu ayənin bütün tercümələrinə bax →

وَهَٰذَا كِتَٰبٌ أَنزَلْنَٰهُ مُبَارَكٌ فَٱتَّبِعُوهُ وَٱتَّقُوا۟ لَعَلَّكُمْ تُرْحَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevBu, Bizim nazil etdiyimiz (Quran) mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna!

Bu ayənin bütün tercümələrinə bax →

أَن تَقُولُوٓا۟ إِنَّمَآ أُنزِلَ ٱلْكِتَٰبُ عَلَىٰ طَآئِفَتَيْنِ مِن قَبْلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمْ لَغَٰفِلِينَ

Azerbaijani Translation - Ali Khan Musayev(Biz bunu ona görə nazil etdik ki, siz:) “Kitab yalnız bizdən əvvəlki iki tayfaya – (yəhudilərə və nəsranilərə) nazil edilmişdir. Biz isə onların oxuduqlarından qafilik”– deməyəsiniz.

Bu ayənin bütün tercümələrinə bax →

أَوْ تَقُولُوا۟ لَوْ أَنَّآ أُنزِلَ عَلَيْنَا ٱلْكِتَٰبُ لَكُنَّآ أَهْدَىٰ مِنْهُمْ فَقَدْ جَآءَكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَّبَ بِـَٔايَٰتِ ٱللَّهِ وَصَدَفَ عَنْهَا سَنَجْزِى ٱلَّذِينَ يَصْدِفُونَ عَنْ ءَايَٰتِنَا سُوٓءَ ٱلْعَذَابِ بِمَا كَانُوا۟ يَصْدِفُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYaxud deməyəsiniz ki: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, doğru yol göstəricisi və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq.

Bu ayənin bütün tercümələrinə bax →

هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَٰٓئِكَةُ أَوْ يَأْتِىَ رَبُّكَ أَوْ يَأْتِىَ بَعْضُ ءَايَٰتِ رَبِّكَ يَوْمَ يَأْتِى بَعْضُ ءَايَٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفْسًا إِيمَٰنُهَا لَمْ تَكُنْ ءَامَنَتْ مِن قَبْلُ أَوْ كَسَبَتْ فِىٓ إِيمَٰنِهَا خَيْرًا قُلِ ٱنتَظِرُوٓا۟ إِنَّا مُنتَظِرُونَ

Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar özlərinə ancaq mələklərin, yaxud Rəbbinin və ya Rəbbinin (günəşin məğribdən çıxması kimi) bəzi ayətlərinin gəlməsinimi gözləyirlər?! Rəbbinin bəzi ayətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə artıq iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”.

Bu ayənin bütün tercümələrinə bax →

إِنَّ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِى شَىْءٍ إِنَّمَآ أَمْرُهُمْ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُوا۟ يَفْعَلُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (qiyamət günü) Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ عَشْرُ أَمْثَالِهَا وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevKim (Allahın hüzuruna) yaxşı əməllə gələrsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim də pis əməllə gələrsə, ona yalnız gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ إِنَّنِى هَدَىٰنِى رَبِّىٓ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ دِينًا قِيَمًا مِّلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, İbrahimin hənif (batildən haqqa tapınan) dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ إِنَّ صَلَاتِى وَنُسُكِى وَمَحْيَاىَ وَمَمَاتِى لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür!

Bu ayənin bütün tercümələrinə bax →

لَا شَرِيكَ لَهُۥ وَبِذَٰلِكَ أُمِرْتُ وَأَنَا۠ أَوَّلُ ٱلْمُسْلِمِينَ

Azerbaijani Translation - Ali Khan MusayevOnun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”.

Bu ayənin bütün tercümələrinə bax →

قُلْ أَغَيْرَ ٱللَّهِ أَبْغِى رَبًّا وَهُوَ رَبُّ كُلِّ شَىْءٍ وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ إِلَّا عَلَيْهَا وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

Azerbaijani Translation - Ali Khan MusayevDe: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbbmi axtaracağam?” Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir.

Bu ayənin bütün tercümələrinə bax →

وَهُوَ ٱلَّذِى جَعَلَكُمْ خَلَٰٓئِفَ ٱلْأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجَٰتٍ لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَىٰكُمْ إِنَّ رَبَّكَ سَرِيعُ ٱلْعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٌ رَّحِيمٌۢ

Azerbaijani Translation - Ali Khan MusayevVerdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, dərəcə etibarilə birinizi digərinizdən üstün tutan Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, bağışlayandır, rəhmlidir.

Bu ayənin bütün tercümələrinə bax →

Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70