Azerbaijani Translation - Ali Khan Musayevİçərilərindən bir adama: “İnsanları (Allahın əzabı ilə) qorxut və iman gətirənləri müjdələ ki, Rəbbi yanında onların etdikləri yaxşılıqların mükafatı var!”– deyə vəhy etməyimiz insanlara təəccüblü göründümü ki, kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər.
Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. İşləri idarə edən Odur. Onun izni olmadan kimsə şəfaətçi ola bilməz. O, sizin Rəbbiniz olan Allahdır. (Elə isə) Ona ibadət edin. Məgər düşünüb ibrət almırsınız?
Azerbaijani Translation - Ali Khan MusayevHamınızın dönüşü Onadır. Allahın vədi haqqdır. O, məxluqatı ilk dəfə yaratmış, sonra iman gətirib saleh əməllər edənləri ədalətlə mükafatlandırsın deyə (Qiyamət günü) yenidən dirildəcəkdir. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab vardır.
Azerbaijani Translation - Ali Khan MusayevGünəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) təyin edən Odur. Allah bunları ancaq haqq olaraq yaratmışdır. O, ayələri bilən bir qövm üçün belə izah edər.
Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında (Allahdan) qorxan bir qövm üçün dəlillər vardır.
Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar, ayələrimizdən qafil olanlar da elə məhz onlardır.
Azerbaijani Translation - Ali Khan Musayevİman gətirib saleh əməllər edənləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəim cənnətlərində onların (ağacları və qəsrləri) altından çaylar axar.
Azerbaijani Translation - Ali Khan MusayevOnların oradakı duası: “Allahım! Sən pak və müqəddəssən!”, orada (bir-birlərini) salamlaması: “Salam!” (sözü) və dualarının sonu: “Həmd, aləmlərin Rəbbi Allaha məxsusdur!” (sözləri olacaqdır).
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində şaşqın bir halda tərk edərik.
Azerbaijani Translation - Ali Khan Musayevİnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizə dua edər. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.
Azerbaijani Translation - Ali Khan MusayevSizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda (onlara) inanmadıqlarına görə məhv etdik. Biz günahkar qövmü belə cəzalandırırıq.
Azerbaijani Translation - Ali Khan MusayevAçıq-aydın ayələrimiz onlara oxunduğu zaman (qiyamət günü) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!”– dedilər. De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından qorxuram”.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Əgər Allah istəsəydi, mən onu (Quranı) sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan (Quran nazil ediləndən) öncə sizin aranızda (qırx il) yaşadım. Məgər dərk etmirsiniz?”
Azerbaijani Translation - Ali Khan MusayevAllaha qarşı iftira yaxandan və ya Onun ayələrini yalan hesab edəndən daha zalım kim ola bilər? Doğrudan da, günahkarlar nicat tapmazlar.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “(Yoxsa) Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.
Azerbaijani Translation - Ali Khan Musayevİnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz (asi kimsələrə möhlət) verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi.
Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklər) deyirlər: “Kaş ki ona Rəbbindən bir ayət nazil ediləydi!” De: “Qeyb yalnız Allaha məxsusdur. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.
Azerbaijani Translation - Ali Khan Musayevİnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar.” Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.
Azerbaijani Translation - Ali Khan MusayevSizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, (gəmilər də) içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq” – deyərlər.
Azerbaijani Translation - Ali Khan Musayev(Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. Bunlar dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizədir, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik.
Azerbaijani Translation - Ali Khan MusayevDünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışar. Nəhayət, yer öz zinətinə bürünüb rövnəqləndiyi və onun sakinləri (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, sanki dünən heç bol məhsulu olmamış kimi, biçilmiş bir sahəyə döndərərik. Biz ayələri düşünən bir qövm üçün beləcə izah edərik.
Azerbaijani Translation - Ali Khan MusayevYaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da artığı (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və onlar orada əbədi qalacaqlar.
Azerbaijani Translation - Ali Khan MusayevPis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar.
Azerbaijani Translation - Ali Khan MusayevO gün onların hamısını (bir yerə) toplayacaq, sonra da müşriklərə: “Siz də, şərikləriniz də öz yerinizdə qalın!”– deyəcəyik. Biz onları (bir-birindən) ayıracağıq. Şərikləri (onlara belə) deyəcəkdir: “Siz bizə ibadət etmirdiniz.
Azerbaijani Translation - Ali Khan MusayevOrada hər kəs keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları (bütlər) onlardan uzaqlaşıb qeyb olacaqlar.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri idarə edən kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs (belə olduğu təqdirdə) Allahdan qorxmursunuz?”
Azerbaijani Translation - Ali Khan MusayevO sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də (haqdan) döndərilirsiniz!
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Allaha qoşduğunuz şəriklər arasında (hər hansı bir) məxluqu ilk dəfə yaradan, öldükdən sonra onu əvvəlki halına qaytara bilən bir kimsə varmı?” De: “Məxluqu ilk dəfə yaradan, (öldükdən) sonra onu (əvvəlki halına) qaytaran Allahdır. Siz necə də (haqdan) döndərilirsiniz!”
Azerbaijani Translation - Ali Khan MusayevDe: “(Allaha) qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah (Öz qullarını) haqqa yönəldir. Elə isə (deyin görək) haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?”
Azerbaijani Translation - Ali Khan MusayevOnların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn əsla həqiqət ola bilməz. Allah onların nə etdiklərini biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevBu Quran Allahdandır, başqası tərəfindən uydurulmamışdır. Lakin o, özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan, kitabı (halalı, haramı və dini əhkamları) müfəssəl izah edəndir.
Azerbaijani Translation - Ali Khan MusayevYoxsa: “Muhamməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa (köməyə) çağırın!”
Azerbaijani Translation - Ali Khan MusayevXeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş (Quranı) yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu.
Azerbaijani Translation - Ali Khan Musayevİçərilərində (bu Qurana) inananlar da var, ona inanmayanlar da. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyır.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam”.
Azerbaijani Translation - Ali Khan Musayev(Allah) onları (bir yerə) toplayacağı gün, sanki (dünyada və yaxud qəbirdə) gündüzün yalnız bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar, həqiqətən, ziyana uğramışlar. Onlar doğru yola yönələn deyillər.
Azerbaijani Translation - Ali Khan MusayevOnlara vəd etdiyimiz (əzabın) bəzisini sənə (dünyada) göstərsək və yaxud da (göstərmədən öncə) səni öldürsək, yenə də onların dönüşü Bizədir. Sonra, Allah onların nə etdiklərinə Şahiddir.
Azerbaijani Translation - Ali Khan MusayevHər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Allah istəmədikcə, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadir deyiləm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman (ondan) bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”.
Azerbaijani Translation - Ali Khan Musayev(Müşriklərə) de: “Bir deyin görək, əgər Allahın əzabı sizə gecə, yaxud gündüz gəlsə, onda günahkarlar bunun hansını tələsik istəyəcəklər?
Azerbaijani Translation - Ali Khan Musayev(Əzab) başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Yoxsa indimi? Siz ki, onun tez gəlməsini istəyirdiniz!”
Azerbaijani Translation - Ali Khan MusayevSonra zalımlara: “Dadın əbədi əzabı! Məgər siz yalnız qazandığınız günahlara görə cəzalandırılmırsınızmı?”– deyiləcəkdir.
Azerbaijani Translation - Ali Khan MusayevSəndən: “O (Qiyamət gününün əzabı) doğrudurmu?”– deyə xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz ondan yaxa qurtara bilməyəcəksiniz”.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu (əzabdan qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükdə peşmançılıqlarını gizlədərlər. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.
Azerbaijani Translation - Ali Khan MusayevBilin ki, göylərdə və yerdə olanların hamısı Allaha məxsusdur. Bilin ki, Allahın vədi haqdır, lakin onların əksəriyyəti bunu bilməz.
Azerbaijani Translation - Ali Khan MusayevEy insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət olan (Quran) gəlmişdir.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “(Bunlar) Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar (buna) sevinsinlər. Bu, onların yığdıqlarından daha xeyirlidir.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Allahın sizə bəxş etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız.” De: “Allahmı sizə izin verdi, yoxsa Allaha iftiramı yaxırsınız?”
Azerbaijani Translation - Ali Khan MusayevAllaha qarşı yalan uyduranların Qiyamət günü barədə zənləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti şükür etməz.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Muhamməd) Sən hansı bir iş görsən, Qurandan nə oxusan, (ey insanlar) siz (də) nə iş görsəniz, onları etdiyiniz zaman Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.
Azerbaijani Translation - Ali Khan MusayevBilin ki, göylərdə və yerdə olanların hamısı Allaha məxsusdur. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyar və yalandan başqa bir şey söyləməzlər.
Azerbaijani Translation - Ali Khan MusayevGecəni rahatlanmanız üçün yaradan, gündüzü də (ruzi qazanmanız üçün) işıqlı edən Odur. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Allah (Özünə) övlad götürmüşdü!”– dedilər. O, pakdır, müqəddəsdir! O, (heç nəyə) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Buna aid sizdə bir dəlil varmı? Yoxsa Allah barədə bilmədiyiniz şeyimi söyləyirsiniz?
Azerbaijani Translation - Ali Khan Musayev(Onlar bir müddət) dünyada faydalanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq.
Azerbaijani Translation - Ali Khan MusayevOnlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər (aranızda) qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. (Allaha) qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət də verməyin.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər üz çevirsəniz, (bilin ki,) mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir”.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar Nuhu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik, onları yer üzünə xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu!
Azerbaijani Translation - Ali Khan MusayevSonra Nuhun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. (Elçilər) onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini belə möhürləyirik.
Azerbaijani Translation - Ali Khan MusayevSonra onların ardınca Musanı və Harunu, Firona və onun əyanlarına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir qövm idilər.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar: “Bizi atalarımızın yolundan döndərmək və yer üzündə mülk (sultanlıq) ikinizə qalsın deyəmi gəldiniz? Biz sizə iman gətirən deyilik”– dedilər.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar (əllərindəki ipləri və dəyənəkləri) atdıqda Musa: “Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaqdır. Çünki Allah fitnə-fəsad törədənlərin əməlini islah etməz”– dedi.
Azerbaijani Translation - Ali Khan MusayevFiron və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar (hakim) və həddi aşanlardan idi.
Azerbaijani Translation - Ali Khan MusayevBiz Musaya və onun qardaşına: “Qövmünüz üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!”– deyə vəhy etdik.
Azerbaijani Translation - Ali Khan MusayevMusa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlara (bu mal-dövləti insanları) Sənin yolundan azdırmaq üçünmü verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et, qəlblərini də sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər”.
Azerbaijani Translation - Ali Khan Musayev(Allah) buyurdu: “Hər ikinizin duası qəbul olundu. Dəvətinizdə sabitqədəm olun və bilməyənlərin yoluna uymayın!”
Azerbaijani Translation - Ali Khan MusayevBiz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon dənizdə) batdığı vaxt: “İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. Mən də təslim olanlardanam!”– dedi.
Azerbaijani Translation - Ali Khan MusayevBiz bu gün bədənini, səndən sonra gələnlərə ibrət olsun deyə, (dənizdən sahilə ataraq) xilas edəcəyik”. Həqiqətən də, insanların əksəriyyəti ayələrimizdən qafildir.
Azerbaijani Translation - Ali Khan MusayevBiz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm (Quran) gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitabı oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, əsla şübhə edənlərdən olma.
Azerbaijani Translation - Ali Khan Musayev(Əzab gəldiyi an,) Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət (əhli) olubmu? (Yunusun qövmü) iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər (fani nemətlərdən) faydalanmaq imkanı verdik.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Görün göylərdə və yerdə nələr var”. Lakin iman gətirməyən qövmə dəlillər və peyğəmbərlər heç bir fayda verməz.
Azerbaijani Translation - Ali Khan MusayevYoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş (əzablı) günlərin bənzərinimi gözləyirlər? De: “Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Ey insanlar! Əgər dinimə şəkk edirsinizsə, (bilin ki,) mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”.
Azerbaijani Translation - Ali Khan MusayevAllahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyənlərə dua etmə. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah sənə bir zərər toxundursa, bu zərəri Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Ey insanlar! Rəbbinizdən sizə haqq (Quran) gəlmişdir. Kim doğru yolla gedərsə, xeyri özünə dəyər, kim azğınlığa düşərsə, ziyanı da öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm”.
Azerbaijani Translation - Ali Khan MusayevSənə nazil edilən vəhyə tabe ol və Allah hökm verənə (İslam bərqərar olana) qədər səbir et. O, hökm verənlərin ən xeyirlisidir.