Azerbaijani Translation - Ali Khan MusayevKitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayan Bəni Nadir qəbiləsini) ilk sürgündə yurdlarından çıxardan Odur. (Ey möminlər!) Siz onların (öz yurdlarından) çıxacaqlarını zənn etmirdiniz. Onlar da qalalarının onları Allahdan qoruyacağını zənn edirdilər. Allah isə onları gözləmədikləri yerdən haqlayıb qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət alın, ey ağıl sahibləri!
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada (başqa) əzab verərdi. Axirətdə isə onlar üçün Cəhənnəm əzabı vardır.
Azerbaijani Translation - Ali Khan MusayevBu, onların Allaha və Onun Rəsuluna qarşı düşmənçilik etdiklərinə görədir. Kim Allaha qarşı düşmənçilik edərsə, (bilsin ki,) həqiqətən, Allah şiddətli cəza verəndir.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey möminlər! Bəni Nadir qəbiləsinin) xurma ağaclarını kəsməyiniz, yaxud onları kökü üstündə salamat qoymağınız Allahın iznilədir. Bu (Allahın) fasiqləri rəzil etməsi üçündür.
Azerbaijani Translation - Ali Khan MusayevAllahın Öz rəsuluna onlardan (Bəni Nadir qəbiləsinin mallarından) verdiyi qənimətlərə tərəf siz nə at (çapıb), nə də dəvə sürdünüz. Lakin Allah, elçilərini istədiyi kəslər üzərində hakim edər. Allah hər şeyə qadirdir.
Azerbaijani Translation - Ali Khan MusayevAllahın Öz rəsuluna (fəth edilən) məmləkətlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, onun qohum-əqrəbasına, yetimlərə, miskinlərə və müsafirlərə məxsus edilmişdir ki, (o mallar) aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Allahın rəsulu sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası şiddətlidir.
Azerbaijani Translation - Ali Khan Musayev(Qənimətlər həmçinin) Allahın lütfünü və razılığını qazanmağa can atan, Allaha və Onun rəsuluna yardım edərkən yurdlarından çıxardılan və mallarından məhrum edilən yoxsul mühacirlərə aiddir. Doğru olanlar da məhz onlardır.
Azerbaijani Translation - Ali Khan MusayevOnlardan (mühacirlərdən) öncə (Mədinədə) yurd salmış, (sonra da) iman gətirmiş kimsələr (ənsarlar) öz yanlarına hicrət edənləri sevər, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
Azerbaijani Translation - Ali Khan MusayevOnlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Qəlblərimizdə iman gətirənlərə qarşı kinə və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən şəfqətlisən, rəhmlisən!”
Azerbaijani Translation - Ali Khan MusayevMünafiqlərin, Kitab əhlindən kafir olan (yəhudi) qardaşlarına: “Əgər siz (yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə çıxacaq və sizə qarşı heç vaxt heç kəsə itaət etməyəcəyik. Əgər (müsəlmanlar) sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!”– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər onlar (Bəni Nadir qəbiləsindən olan yəhudilər yurdlarından) çıxarılsalar, (münafiqlər) onlarla birlikdə çıxmazlar. Əgər (müsəlmanlar) onlara qarşı vuruşsalar, (münafiqlər) onlara (yəhudilərə) köməklik göstərməzlər. Əgər (münafiqlər) onlara yardım etmiş olsalar, geri dönüb qaçar, sonra da onlara (Bəni Nadir qəbiləsinə) heç bir kömək edilməz.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey möminlər!) Onların (münafiqlərlə yəhudilərin) qəlblərində sizə qarşı olan qorxu, Allaha olan qorxularından daha şiddətlidir. Çünki onlar anlamayan bir qövmdür.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey möminlər!) Onlar (yəhudilər) cəm halda sizə qarşı yalnız möhkəm şəhərlərdə və ya divarlar arxasından vuruşarlar. Aralarındakı düşmənçilik isə şiddətlidir. (Ya Peyğəmbər!) Sən onların birgə olduqlarını güman edirsən, halbuki onların qəlbləri müxtəlifdir. Bu, onların dərk etməyən bir qövm olduqları üçündür.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar (yəhudilər) özlərindən bir az əvvəl əməllərinin cəzasını dadmış kimsələrə (Bədrdə məğlub edilmiş Məkkə müşriklərinə) bənzəyirlər. Onlara (axirətdə) ağrılı-acılı bir əzab vardır.
Azerbaijani Translation - Ali Khan Musayev(Nəhayət) onların hər ikisinin (Şeytanın və onun aldatdığı kimsənin) aqibəti Cəhənnəmdə əbədi qalmaq oldu. Zalımların cəzası budur.
Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.
Azerbaijani Translation - Ali Khan Musayev(Ey Peyğəmbər!) Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onu Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar düşünsünlər deyə çəkirik.
Azerbaijani Translation - Ali Khan MusayevO, Özündən başqa heç bir ilah olmayan, Məlik (göylərin və yerin mülkünün sahibi), Qüddus (bütün qüsurlardan pak), Salam (bütün eyib və naqis sifətlərdən uzaq), Mömin (haqqı təsdiq edən və qullarına əmin-amanlıq bəxş edən), Muhəymin (hər bir şeyi müşahidə edən), Əziz (yenilməz güc-qüvvət sahibi), Cabbar (istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir olan), Mutəkəbbir (əzəmətli, təkəbbürlü və məxluqata aid sifətlərdən uzaq) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır.
Azerbaijani Translation - Ali Khan MusayevO, Xaliq (yaradan), Bəri (yoxdan var edən), Musavvir (məxluqatına istədiyi surəti verən) Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir. O, Qüdrətlidir, Hikmət sahibidir.