Azerbaijani Translation - Ali Khan MusayevEy Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
Azerbaijani Translation - Ali Khan MusayevAllah bir insanın sinəsinəndə iki ürək yaratmamışdır. Allah zihar (analarınıza bənzədərək özünüzə haram) etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğulluğa götürdüklərinizi də oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz (yalan) sözlərdir. Allah isə haqqı söyləyir və doğru yola yönəldir.
Azerbaijani Translation - Ali Khan Musayev(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız da, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir.
Azerbaijani Translation - Ali Khan MusayevPeyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın Kitabında (varis olmaq baxımından) bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə (bundan) müstəsnadır. Bu (hökm) Kitabda (Lövhi-məhfuzda) yazılmışdır.
Azerbaijani Translation - Ali Khan MusayevBir zaman Biz peyğəmbərlərdən əhd aldıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd aldıq.
Azerbaijani Translation - Ali Khan Musayev(Allah bunu) doğru danışanlardan doğruluqları barədə soruşmaq üçün etdi. O, kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışdır.
Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. O zaman ordular sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür.
Azerbaijani Translation - Ali Khan MusayevO zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfinizdən (vadinin üst və alt tərəfindən) üstünüzə gəlmişdilər. O vaxt (qorxudan) gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə qapılmışdınız.
Azerbaijani Translation - Ali Khan MusayevO zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq boş vəd vermişdir”– deyirdilər.
Azerbaijani Translation - Ali Khan MusayevOnlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb”– deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər Mədinənin hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək (imandan dönmək) tələb olunsaydı, onu mütləq edər və (bu işdə) azacıq da olsa ləngiməzdilər.
Azerbaijani Translation - Ali Khan MusayevHalbuki onlar bundan əvvəl (cihaddan) boyun qaçırmayacaqlarına dair Allaha əhd vermişdilər. Allaha verilən əhd soruşulacaqdır.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Əgər ölməkdən və ya öldürülməkdən qaçırsınızsa, (bu) qaçmağın sizə (əsla) faydası olmaz. Belə olduğu təqdirdə siz ancaq (əcəliniz çatana qədər) çox az (bir müddət ərzində) gün-güzəran görəcəksiniz”.
Azerbaijani Translation - Ali Khan MusayevDe: “Əgər Allah sizə bir pislik istəsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq istəsə, Ona kim mane ola bilər?” Onlar özlərinə Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər.
Azerbaijani Translation - Ali Khan MusayevAllah aranızdan (camaatı cihaddan) çəkindirənləri və öz qardaşlarına: “Bizə qoşulun!”– deyənləri tanıyır. Onlar nadir hallarda döyüşə qatılırlar.
Azerbaijani Translation - Ali Khan Musayev(Çünki) sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən. Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə sizi sancırlar. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır.
Azerbaijani Translation - Ali Khan Musayev(Münafiqlər) müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər. Əgər aranızda olsaydılar, ancaq azacıq döyüşərdilər.
Azerbaijani Translation - Ali Khan MusayevAllahın Rəsulunda sizlər, Allaha və Axirət gününə ümidini bağlayanlar və Allahı çox zikr edənlər üçün gözəl örnək vardır.
Azerbaijani Translation - Ali Khan MusayevMöminlər müttəfiqləri (düşmən dəstələrini) gördükdə: “Bu, Allahın və Onun Rəsulunun bizə olan vədidir. Allah və Onun Rəsulu doğru söyləmişlər!”– dedilər. Bu onların yalnız imanını və itaətini artırdı.
Azerbaijani Translation - Ali Khan MusayevMöminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər var. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.
Azerbaijani Translation - Ali Khan MusayevBu, Allahın doğru danışanları doğruluqlarına görə mükafatlandırması, münafiqlərə də ya istəsə əzab verməsi, ya da onların tövbələrini qəbul etməsi üçündür. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Azerbaijani Translation - Ali Khan MusayevAllah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir.
Azerbaijani Translation - Ali Khan Musayev(Allah) Kitab əhlindən müttəfiqlərə yardım edənləri öz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz.
Azerbaijani Translation - Ali Khan MusayevAllah sizi onların torpaqlarına, yurdlarına, mallarına və ayağınız dəyməyən bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir.
Azerbaijani Translation - Ali Khan MusayevEy Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizə boşanma bədəllərinizi verim və sizi gözəl tərzdə boşayım.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər siz Allahı, Onun Rəsulunu və Axirət yurdunu istəyirsinizsə, (bilin ki,) Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”.
Azerbaijani Translation - Ali Khan MusayevEy Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır.
Azerbaijani Translation - Ali Khan MusayevSizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib və saleh bir əməl edərsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq.
Azerbaijani Translation - Ali Khan MusayevEy Peyğəmbərin zövcələri! Siz qadınlardan hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan kəs tamaha düşər. Danışarkən (şək-şübhədən uzaq, Şəriətə müvafiq qaydada) gözəl danışın.
Azerbaijani Translation - Ali Khan MusayevEvlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.
Azerbaijani Translation - Ali Khan MusayevEvlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah lütfkardır, (hər şeydən) xəbərdardır.
Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaətkar kişilər və itaətkar qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allahdan qorxan kişilər və Allahdan qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, övrətlərini qoruyan kişilər və övrətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.
Azerbaijani Translation - Ali Khan MusayevAllah və Onun Rəsulu bir iş haqqında hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadının öz işlərində başqa bir yol seçmək ixtiyarı yoxdur. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, açıq-aydın azmışdır.
Azerbaijani Translation - Ali Khan MusayevBir zaman Allahın (İslama yönəldərək) nemət verdiyi və sənin də (köləlikdən azad edərək) nemət verdiyin (Zeydə): “Zövcəni öz yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi (Zeyd zövcəsini boşayacağı təqdirdə onla evlənəcəyini) ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları zövcələrini boşadıqları zaman (o qadınlarla evlənməkdə) möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcək.
Azerbaijani Translation - Ali Khan MusayevAllahın Peyğəmbərə halal buyurduğu bir şeydə (Zeydin zövcəsi ilə evlənməkdə) ona heç bir günah gəlməz. Öncə gəlib-gedənlər haqqında da Allahın sünnəsi belə idi. Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür.
Azerbaijani Translation - Ali Khan MusayevOnlar Allahın risalətlərini təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurlar. Haqq-hesab çəkməyə Allah yetər.
Azerbaijani Translation - Ali Khan MusayevMuhamməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.
Azerbaijani Translation - Ali Khan MusayevSizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Mələkləri də (sizin üçün bağışlanma diləyirlər). Allah möminlərə qarşı Rəhmlidir.
Azerbaijani Translation - Ali Khan Musayev(Möminlərin) Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. (Allah) onlar üçün gözəl mükafat hazırlamışdır.
Azerbaijani Translation - Ali Khan MusayevKafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın Qoruyan olması kifayətdir.
Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan (yaxınlıq etməzdən) əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa (onları yanınızda saxlamağa) haqqınız yoxdur. Belə olduğu təqdirdə onlara (boşanma) bədəllərini verin və (onları) gözəl tərzdə sərbəst buraxın.
Azerbaijani Translation - Ali Khan MusayevEy Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə, Peyğəmbərin evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə (mehrsiz) bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. (Sonuncusu) digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. (Belə etdik ki,) sənə bir çətinlik olmasın. Allah bağışlayandır, rəhmlidir.
Azerbaijani Translation - Ali Khan MusayevOnlardan istədiyinin (səninlə gecələmək) növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən. Özündən ayırdıqlarından hansı birini (yenidən öz yanına almaq) istəsən sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah (hər şeyi) biləndir, həlimdir.
Azerbaijani Translation - Ali Khan MusayevBundan sonra (başqa) qadınlarla evlənmək, gözəllikləri səni heyran etsə də, onları başqa qadınlarla dəyişmək sənə halal deyildir. Sahib olduğun cariyələr isə müstəsnadır. Allah hər şeyə nəzarət edəndir.
Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbərə əziyyət verir və o sizdən utanır. Allah isə haqqı söyləməkdən utanmaz. (Peyğəmbərin) zövcələrindən bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin qəlbiniz, həm də onların qəlbləri üçün daha təmizdir. Sizə Allahın Elçisinə əziyyət vermək, vəfatından sonra onun həyat yoldaşları ilə evlənmək əsla icazəli deyildir. Həqiqətən, bu, Allah yanında böyük günahdır.
Azerbaijani Translation - Ali Khan MusayevQadınlara ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, (mömin) qadınların, sahib olduqları kölə və kənizləri yanında (hicab geyməmələrində) heç bir günah yoxdur. (Ey qadınlar!) Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
Azerbaijani Translation - Ali Khan MusayevHəqiqətən Allah və mələkləri Peyğəmbərə salavat gətirirlər. Ey iman gətirənlər! Siz də ona salavat gətirib, layiqincə salamlayın!
Azerbaijani Translation - Ali Khan MusayevŞübhəsiz ki, Allaha və Onun rəsuluna əziyyət verənləri Allah dünyada və Axirətdə lənətləmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır.
Azerbaijani Translation - Ali Khan MusayevMömin kişilərə və mömin qadınlara etmədikləri bir işdən ötrü əziyyət verənlər, sözsüz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.
Azerbaijani Translation - Ali Khan MusayevEy Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında bütün bədənlərini örtən) örtükləri ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.
Azerbaijani Translation - Ali Khan MusayevƏgər münafiqlər, qəlbi xəstə olanlar və Mədinədə yalan şayiələr yayanlar (öz yaramaz əməllərinə) son qoymasalar, səni onlara musallat edərik. Sonra onlar orada sənin çevrəndə qısa bir müddət qala bilərlər.
Azerbaijani Translation - Ali Khan MusayevAllahın (onlardan) əvvəl olub-keçənlər (keçmiş ümmətlərin münafiqlər) barəsində sünnəsi belədir. Sən Allahın sünnəsində heç bir dəyişiklik tapa bilməzsən.
Azerbaijani Translation - Ali Khan Musayevİnsanlar səndən Qiyamət saatı (Qiyamət günü) barədə soruşurlar. De: “Onun elmi yalnız Allah yanındadır!” Nə bilirsən, bəlkə də, Qiyamət saatı yaxındır.
Azerbaijani Translation - Ali Khan MusayevÜzləri odda o yan-bu yana çeviriləcəyi gün onlar deyəcəklər: “Kaş, Allaha itaət edər və Onun rəsuluna itaətkar olaydıq!”
Azerbaijani Translation - Ali Khan MusayevOnlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.
Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Musaya əziyyət verən kimsələr kimi olmayın. Allah onu onların dediklərindən (ona etdikləri eyibdən) təmizə çıxartdı. O, Allahın yanında ehtiram edilən bir kimsə idi.
Azerbaijani Translation - Ali Khan MusayevO, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun rəsuluna itaət etsə, böyük bir uğur qazanar.
Azerbaijani Translation - Ali Khan MusayevBiz əmanəti (şəri əhkamları) göylərə, yerə və dağlara ərz etdik. Onlar onu daşımaqdan qorxub imtina etdilər. İnsan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir.
Azerbaijani Translation - Ali Khan Musayev(Bu əmanət insana ona görə verildi ki,) Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.