caseriqQuranda məna axtarışı

An-Nisaa surəsi, 176. ayə

Mədinə · nazil olma sırası 92 · 4:176

يَسْتَفْتُونَكَ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِى ٱلْكَلَٰلَةِ إِنِ ٱمْرُؤٌا۟ هَلَكَ لَيْسَ لَهُۥ وَلَدٌ وَلَهُۥٓ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ وَهُوَ يَرِثُهَآ إِن لَّمْ يَكُن لَّهَا وَلَدٌ فَإِن كَانَتَا ٱثْنَتَيْنِ فَلَهُمَا ٱلثُّلُثَانِ مِمَّا تَرَكَ وَإِن كَانُوٓا۟ إِخْوَةً رِّجَالًا وَنِسَآءً فَلِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ أَن تَضِلُّوا۟ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ

Azerbaijani Translation - Ali Khan MusayevSəndən fitva istəyirlər. De: “Atası və övladı olmayan kəsin (mirası) barəsində fitvanı sizə Allah verir: “Övladı (və ya atası) olmayan şəxs öldükdə onun (atabir-anabir və ya yalnız atabir) bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər (ölmüş bacının oğlan) övladı yoxdursa, qardaşı ona varis olur. Əgər (varislər) iki (və ya daha çox) bacıdırsa, (ölən qardaşın) qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər (varislər) qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər (pay) düşür”. Allah bunu sizə bəyan edir ki, (haqq) yoldan azmayasınız. Allah hər şeyi bilir.
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70