caseriqQuranda məna axtarışı

At-Tawba surəsi, 94. ayə

Mədinə · nazil olma sırası 113 · 9:94

يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ قُل لَّا تَعْتَذِرُوا۟ لَن نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا ٱللَّهُ مِنْ أَخْبَارِكُمْ وَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

Azerbaijani Translation - Ali Khan Musayev(Döyüşdən geri dönüb) onların yanlarına qayıtdığınız zaman sizdən üzr diləyəcəklər. De: “Üzr diləməyin. Sizə əsla inanmayacağıq. Allah sizin işlərinizdən bizi agah etmişdir. (Bundan sonrakı) əməllərinizi Allah da görəcək, Onun Rəsulu da.” Sonra isə qeybi və aşkarı Bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdikləriniz barədə xəbər verəcəkdir.
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70