قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِى ٱلسَّمَآءِ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَىٰهَا فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّوا۟ وُجُوهَكُمْ شَطْرَهُۥ وَإِنَّ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ لَيَعْلَمُونَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّهِمْ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا يَعْمَلُونَ
Azerbaijani Translation - Ali Khan MusayevBiz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Odur ki, səni razı qalacağın qibləyə tərəf yönəldəcəyik. Artıq üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa, olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun özlərinin Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən qafil deyildir.