caseriqQuranda məna axtarışı

Al-Baqara surəsi, 196. ayə

Mədinə · nazil olma sırası 87 · 2:196

وَأَتِمُّوا۟ ٱلْحَجَّ وَٱلْعُمْرَةَ لِلَّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا ٱسْتَيْسَرَ مِنَ ٱلْهَدْىِ وَلَا تَحْلِقُوا۟ رُءُوسَكُمْ حَتَّىٰ يَبْلُغَ ٱلْهَدْىُ مَحِلَّهُۥ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ بِهِۦٓ أَذًى مِّن رَّأْسِهِۦ فَفِدْيَةٌ مِّن صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَآ أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِٱلْعُمْرَةِ إِلَى ٱلْحَجِّ فَمَا ٱسْتَيْسَرَ مِنَ ٱلْهَدْىِ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٍ فِى ٱلْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَٰلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُۥ حَاضِرِى ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ

Azerbaijani Translation - Ali Khan MusayevAllah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizə (ziyarət etməyə) maneçilik törətsələr, müyəssər olan bir qurban kəsin. Qurbanlıq (heyvan) öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən kim xəstə olarsa və ya başında ona əziyyət verən bir şey varsa, fidyə olaraq, ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əminlik içində olduğunuz təqdirdə isə həcc vaxtına qədər ümrədən faydalanan kəs müyəssər olan bir qurban kəsməlidir. Qurbanlıq (heyvan) tapmayanlar isə həcc əsnasında üç gün, (vətəninə) qayıtdıqda isə yeddi gün oruc tutmalıdırlar. Bu da, tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70