إِنَّ ٱلَّذِينَ تَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ قَالُوا۟ فِيمَ كُنتُمْ قَالُوا۟ كُنَّا مُسْتَضْعَفِينَ فِى ٱلْأَرْضِ قَالُوٓا۟ أَلَمْ تَكُنْ أَرْضُ ٱللَّهِ وَٰسِعَةً فَتُهَاجِرُوا۟ فِيهَا فَأُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ وَسَآءَتْ مَصِيرًا
Azerbaijani Translation - Ali Khan MusayevMələklər özlərinə zülm edənlərin canlarını alarkən (onlara:) “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!” – deyə cavab verəcəklər. (Mələklər də onlara:) “Məgər Allahın yeri (diyarınızı tərk etmənizə yetəcək) qədər geniş deyildimi ki, siz də orada hicrət edəydiniz?”– deyəcəklər. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir.