وَإِذَا قِيلَ لَهُمْ ءَامِنُوا۟ بِمَآ أَنزَلَ ٱللَّهُ قَالُوا۟ نُؤْمِنُ بِمَآ أُنزِلَ عَلَيْنَا وَيَكْفُرُونَ بِمَا وَرَآءَهُۥ وَهُوَ ٱلْحَقُّ مُصَدِّقًا لِّمَا مَعَهُمْ قُلْ فَلِمَ تَقْتُلُونَ أَنۢبِيَآءَ ٱللَّهِ مِن قَبْلُ إِن كُنتُم مُّؤْمِنِينَ
Azerbaijani Translation - Ali Khan MusayevOnlara: “Allahın nazil etdiyinə iman gətirin!”– deyildikdə, onlar: “Biz (sadəcə) özümüzə nazil edilənə inanırıq!”– deyib, ondan başqasını inkar edirlər. Halbuki bu (Quran) onların özlərində olanı təsdiqləyən haqdır. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”