وَإِذْ أَسَرَّ ٱلنَّبِىُّ إِلَىٰ بَعْضِ أَزْوَٰجِهِۦ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِۦ وَأَظْهَرَهُ ٱللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُۥ وَأَعْرَضَ عَنۢ بَعْضٍ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتْ مَنْ أَنۢبَأَكَ هَٰذَا قَالَ نَبَّأَنِىَ ٱلْعَلِيمُ ٱلْخَبِيرُ
Azerbaijani Translation - Ali Khan MusayevBir zaman Peyğəmbər öz zövcələrindən birinə (Hafsaya sirr olaraq bir) söz söylədi. O da (Hafsa da) bunu (Aişəyə) xəbər verdikdə və Allah da bunu ona (Peyğəmbərə) aşkar etdikdə, o (Peyğəmbər), bunun bir qismini (Hafsaya) bildirdi, digər bir qismini bildirməkdən isə vaz keçdi. (Peyğəmbər) bunu ona (Hafsaya) bildirdikdə o dedi: “Bunu sənə kim xəbər verdi?” O da: “Bunu mənə (hər şeyi) Bilən, (hər şeydən) Xəbərdar olan (Allah) xəbər verdi!”– dedi.