caseriqQuranda məna axtarışı

Al-Hujuraat surəsi, 11. ayə

Mədinə · nazil olma sırası 106 · 49:11

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا يَسْخَرْ قَوْمٌ مِّن قَوْمٍ عَسَىٰٓ أَن يَكُونُوا۟ خَيْرًا مِّنْهُمْ وَلَا نِسَآءٌ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيْرًا مِّنْهُنَّ وَلَا تَلْمِزُوٓا۟ أَنفُسَكُمْ وَلَا تَنَابَزُوا۟ بِٱلْأَلْقَٰبِ بِئْسَ ٱلِٱسْمُ ٱلْفُسُوقُ بَعْدَ ٱلْإِيمَٰنِ وَمَن لَّمْ يَتُبْ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ

Azerbaijani Translation - Ali Khan MusayevEy iman gətirənlər! Bir qövm başqa bir qövmü məsxərəyə qoymasın. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Qadınlar da qadınları məsxərəyə qoymasınlar. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.
Mövzu axtarırsınız? Məna axtarışını sınayın — sualınız 6.236 ayədə axtarılır.
Dil — 70