فَإِذَا قَضَيْتُمُ ٱلصَّلَوٰةَ فَٱذْكُرُوا۟ ٱللَّهَ قِيَٰمًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِكُمْ فَإِذَا ٱطْمَأْنَنتُمْ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتْ عَلَى ٱلْمُؤْمِنِينَ كِتَٰبًا مَّوْقُوتًا
Azerbaijani Translation - Ali Khan MusayevNamazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin. (Düşmənin hücum etməyəcəyindən) arxayın olduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir.