وَإِن طَآئِفَتَانِ مِنَ ٱلْمُؤْمِنِينَ ٱقْتَتَلُوا۟ فَأَصْلِحُوا۟ بَيْنَهُمَا فَإِنۢ بَغَتْ إِحْدَىٰهُمَا عَلَى ٱلْأُخْرَىٰ فَقَٰتِلُوا۟ ٱلَّتِى تَبْغِى حَتَّىٰ تَفِىٓءَ إِلَىٰٓ أَمْرِ ٱللَّهِ فَإِن فَآءَتْ فَأَصْلِحُوا۟ بَيْنَهُمَا بِٱلْعَدْلِ وَأَقْسِطُوٓا۟ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ
Azerbaijani Translation - Ali Khan MusayevƏgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını islah edin. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüz edənlə Allahın əmrinə qayıdanadək vuruşun. Əgər o qayıtsa, hər iki dəstənin arasını ədalətlə islah edin və ədalətli olun. Sözsüz ki, Allah ədalətli olanları sevər.